“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr 508, 518, ¹ 7, maddə 646; ¹ 10, maddə 947, ¹ 12, maddələr 1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr 1484, 1504; Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 844IVQD nömrəli Qanunu) 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

 

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.3.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə

5 manat

14.3.2. üç günü müddətində verildikdə və ya dəyişdirildikdə

25 manat

14.3.3. bir günü müddətində verildikdə və ya dəyişdirildikdə

35 manat

 

2. Bu qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.   

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 2 may 2014-cü il

Azərbaycan.-2014.- 5 iyun.- S.3.