Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

İyunun 4-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, sənaye, energetika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak etmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitlik təmin edilmiş, əlverişli biznesinvestisiya mühiti yaradılmışdır. Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmışdır.

Rüfət Məmmədov rusiyalı adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitiinvestisiya imkanlarından yararlanmağa, azərbaycanlı adamları ilə fəal əməkdaşlığa dəvət etmişdir.

Udmurtiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü KiçikOrta Biznes Subyektlərinə Dəstəyin Koordinasiyası Mərkəzinin rəhbəri Valentina Maltseva iki ölkənin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, adamları arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Rusiya iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışlar.

Tədbirdə Udmurtiya və Kaluqanın investisiya imkanlarına dair təqdimatlar dinlənilmişdir.

AZPROMO-nun nümayəndəsi Natiq Mədətov Azərbaycanın biznes mühitiinvestisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Biznes forum adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatmışdır.

 

Azərbaycan.-2014.- 5 iyun.- S.9.