Bakıda XXI Beynəlxalq Xəzər neft

 qaz konfransı öz işini başa çatdırmışdır

 

İyunun 5-də “JW Marriott Absheron Baku” otelində XXI Beynəlxalq Xəzər neft və qaz konfransı öz işini başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, konfransın ikinci günündə dörd sessiya keçirilmişdir.

Enerji ehtiyatları bazasının genişləndirilməsi – alternativ enerji mənbələri” adlı sessiyadaKarbohidrogen ehtiyatları bazasının genişləndirilməsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, ölkəmizin son iyirmi ili ümummilli lider Heydər Əliyevin rəhbərliyi və bu gün Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsi ilə əlamətdar olmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycanın yeni neft strategiyası 1994-cü il sentyabrın 20-də dünyanın yeddi ölkəsinin 11 iri neft şirkəti ilə imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsüSaziş ilə başlanmışdır. Xarici tərəfdaşlarımız ilə birlikdə bu il biz “Əsrin müqaviləsi”nin iyirmiillik yubileyini təntənəli şəkildə qeyd edəcəyik.

Akademik vurğulamışdır ki, “Əsrin müqaviləsi” Azərbaycanda neft hasilatının artırılmasına güclü təkan vermişdir. Neft hasilatı Azərbaycanın neftçıxarma tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatmışdır. Başqa sözlə, ölkəmizdə neft hasilatı 5,6 dəfə artmışdır.

X.Yusifzadə bildirmişdir ki, Azərbaycanın nefti Avropayadünya bazarlarına 1997-ci ildən Şimal istiqamətdə Bakı-Novorossiysk, 1999-cu ildən Qərb marşrutu olan Bakı-Supsa və 2006-cı ilin mayından analoqu olmayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə çıxarılır. Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazisindən keçən, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu 1769 kilometr, keçiricilik qabiliyyəti isə ildə 50 milyon tondur. Bu rəqəmi gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür.

Bildirilmişdir ki, cari ilin iyunun 1-dək Azərbaycandan dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 247,4 milyon ton, Bakı-Supsa kəməri ilə 68 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 11,3 milyon ton və dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilmişdir.

Akademik qeyd etmişdir ki, “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtmışdır. Ancaq 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən bir ölkə kimi də tanıtdırmışdır.

Bildirilmişdir ki, işlənmənin əvvəlindən “Şahdəniz” yatağından 13,5 milyon ton kondensat və 51,9 milyard kubmetr qaz hasil edilmişdir. Cari ilin iyunun 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənub-Qafqaz boru kəməri ilə Gürcüstana 3,92 milyard kubmetr və Türkiyəyə isə 28 milyard kubmetr qaz verilmişdir.

ARDNŞ-in birinci vitse-prezidenti vurğulamışdır ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılmış, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanmışdır. TAP layihəsi çərçivəsində Avropa bazarlarına ilkin mərhələdə ildə 10 milyard kubmetrdən çox Azərbaycan qazı nəql ediləcəkdir. 2018-ci ilin ortalarında istismara verilməsi planlaşdırılan TANAP-ın ilkin nəqletmə gücü 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetr olacaqdır.

Qeyd edilmişdir ki, “Şahdəniz-2” layihəsinin ilkin mərhələsi Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanı, sonrakı mərhələdə isə Monteneqro və Xorvatiyanı əhatə edəcəkdir. Qarşıdakı illərdə bu boru kəmərini Rumıniya, Macarıstan və Avstriya istiqamətində uzatmaq da nəzərdə tutulmuşdur.

Sessiyada “bp-Azərbaycan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezidenti Qreqori RaylininQlobal texnologiyaları tətbiq etməklə yerli əməkdaşlıq şəraitində Azərbaycanda gələcək qaz ehtiyatlarının kəşfi”, “ConocoPhillips” şirkətinin Asiya, Sakit okean, Rusiya və Xəzər regionunda kəşfiyyat üzrə vitse-prezidenti Lin Striklandın “Azərbaycanda quruda kəşfiyyat: Kür vadisinin şimal hissəsində neftli və qazlı sahələrlə bağlı yeni imkanları araşdırmaq üçün ARDNŞ və “ConocoPhillips” şirkətinin birgə fəaliyyəti”, “RWE Dea AG” şirkətinin Avropa və MDB-də yeni layihələr üzrə baş direktoru Martin Vellensin ““RWE Dea AG” şirkətinin Xəzər regionunda fəaliyyəti”, ARDNŞ-in “Neftqazlayihə” Elmi-Tədqiqat İnstitutunun direktorunun müşaviri Eldar ŞahbazovunNanotexnologiya alternativ enerji mənbəyi kimi” mövzularında məruzələri dinlənilmişdir.

İkinci günün proqramında dünyanın müxtəlif ölkələrindən dövlət strukturları nümayəndələrinin, neft-qaz sənayesinin aparıcı ekspertlərinin və iri neft-qaz şirkətləri rəhbərlərinin çıxışları dinlənilmişdir.

Konfransın növbəti sessiyaları isə “Qazmahasilat texnologiyaları”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin olunması” və “Azərbaycanda neft kimyası və neft emalının mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzularına həsr olunmuşdur.

Sessiyalarda ARDNŞ-də qazma işlərinin gedişi, neft-qaz hasilatının stabilləşdirilməsi və gələcək perspektivlərindən, Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin olunmasından, Azərbaycanda neft kimyasının mövcud vəziyyəti və inkişaf perspektivlərindən danışılmışdır.

Sessiyalarda maraqlı fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Bununla da konfrans öz işini başa çatdırmışdır.

 

Azərbaycan.-2014.- 6 iyun.- S.5.