Bakıda Beynəlxalq Xəzər neftqaz, energetika

 alternativ enerji sərgiləri öz işini başa çatdırmışdır

 

İyunun 6-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri olan XXI Beynəlxalq Xəzər neftqaz ("Caspian Oil & Gas-2014") və dördüncü dəfə təşkil edilən Xəzər Beynəlxalq energetikaalternativ enerji ("Caspian Power-2014") sərgiləri öz işini başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, birincisi "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində reallaşmış Beynəlxalq Xəzər neftqaz sərgisi indiyədək neft, qazenergetika sənayesinin aparıcı peşəkarlarının görüş yerinə çevrilmişburada gələcək əməkdaşlığa dair memorandumlar, habelə saziş və müqavilələr imzalanmışdır.

Dörd gün davam edən builki sərgi neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir araya gətirmişdir.

Sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak etmişdir. Sərginin meydançasının 70 faizdən çoxunda məşhur şirkətlər qərarlaşmış və onların arasında bilavasitə "Əsrin müqaviləsi"nin iştirakçıları - ARDNŞ, BP, "Statoil", "TPAO", "LUKoil" kimi şirkətlər yer almışdır. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil etmişdir. Ümumiyyətlə isə sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə bu il 10 faiz genişlənmişdir.

Sərgi Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi dəstəyi ilə keçirilmişdir.

Bakı Ekspo Mərkəzində təşkil olunan digər Xəzər Beynəlxalq energetikaalternativ enerji sərgisi isə "ITE Group Plc" şirkətinin energetika üzrə aparıcı sərgilər silsiləsinə daxil olmuş və sənaye sərgiləri arasında özünü brend kimi sübut etmişdir.

Sərgidə Azərbaycan, Belarus, Çin, Rusiya, Türkiyə, UkraynaFinlandiyadan energetika sahəsində texnologiyaların təchizatı üzrə aparıcı şirkətlər iştirak etmişlər. Sərgidə "AzAlternativEnerji", "AzGunTech", "Bylectrica", "EAE Elektrik", "Electronic Information Systems", "GALAD", "GokNur Baku", "Kardeş Elektrik", Koznov adına Minsk Elektrotexniki Zavodu, "Nobel Electric", "Radiy", "Bresler" Tədqiqat Mərkəzi, "Schneider Electric", Sumqayıt Texnologiya Parkı, "Togliatti Transformator" və "Wartsila Azerbaijan" kimi şirkətlərin məhsulları nümayiş olunmuşdur.

Nümayiş etdirilən məhsulların arasında işıq diodları, günəş batareyalarının panelləri, işıq diodlu indikatorlar, işıqlandırıcı cihazlar, müxtəlif kabel-naqil məhsulları, qənaət edən müasir lampalar, elektrik enerjisinin texnikikommersiya məqsədli ölçülməsi üçün avtomatlaşdırılmış sistemlərbir çox digər məhsullar yer almışdır.

Sərgi Azərbaycan Respublikasının Energetika Nazirliyi, eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmi dəstəyi ilə təşkil olunmuşdur.

"Caspian Oil & Gas" və "Caspian Power" sərgiləri bu sahənin aparıcı nümayəndələrinin görüşləri, yeni texnoloji layihə və strategiyalar barədə məlumat almaq üçün əhəmiyyətli olmuşdur.

 

Azərbaycan.-2014.- 7 iyun.- S.7.