"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 176             Bakı şəhəri, 5 iyun 2014-cü il

 

 

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 122; 2006, ¹ 1, maddə 59; 2009, ¹ 10, maddə 846) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, preambulanın birinciüçüncü cümlələrində "mühafizə" sözü "qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin.

2. 2-ci hissənin ikinci abzasında və 4-cü hissədə "mühafizə" sözü "qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 8 iyun.- S.2.