Azərbaycan Milli Məclisinin Sədri Ukrayna

 Ali Radasının Spikeri ilə görüşmüşdür

 

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov iyunun 7-də Kiyevdə Ukrayna Ali Radasının spikeri  Aleksandr Turçinov ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın intensivləşdirilməsi, GUAM səviyyəsində dövlətlərarası münasibətlərin fəallaşdırılması məsələləri müzakirə edilmişdir.

A.Turçinov Ali Radanın katibliyinə GUAM çərçivəsində görüşün hazırlanması barədə tapşırıq verdiyini vurğulamışdır.

O.Əsədov qeyd etmişdir ki, Ukrayna Azərbaycan üçün həmişə etibarlı tərəfdaş olmuşdur.

Milli Məclisin Sədri ümidvar olduğunu bildirmişdir ki, hər iki ölkə bundan sonra da əməkdaşlıq potensialını artıracaqdır. Sonda O.Əsədov Ukraynaya uğurlar və firavanlıq arzulamışdır.

Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Əsədullayev və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli iştirak etmişlər.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 Kiyev

Azərbaycan.-2014.- 8 iyun.- S.2.