Aqrar islahatlarda yeni mərhələ

 

 

Azərbaycan dünyanın qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayaraq iqtisadi potensialını gündən-günə artırmaqdadır. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması bu iqtisadi siyasətin düzgünlüyünü sübuta yetirmişdir.

Ötən müddət ərzində regionlarda infrastrukturun bərpası inkişafı, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Azərbaycan iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığına görə əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun əhəmiyyətli payı var. İqtisadiyyatda həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Qeyri-neft sektorunun sürətli yüksəlişi daxili investisiyaların həcminin artımında da özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm makroiqtisadi sabitliyin qorunub saxlanılması maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 10 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla, 1,2 milyondan çox yeni yeri açılmış, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev bu sahədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə 27 fevral 2014-cü il tarixdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzaladı. Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti beş il müddətində ölkənin təbii əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması digər zəruri tədbirlər nəzərdə tutulur.

Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaq aqrar islahatlarının uğurla həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaradılması qarşıdakı illərdə sərbəst bazar münasibətlərinə əsaslanan özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaq. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma meliorasiya təminatının yaxşılaşdırılması; torpaq su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə toxum məhsulları ilə təmin edilməsi məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq motor yağları ilə təmini sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Bundan başqa, regionlarda soyuducu anbarların inşası da fermerlərin maraqlarına cavab verməklə onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının etibarlı saxlanılmasına dünya bazarlarına çıxarılmasına imkan yaradır.

Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin sosial dayanıqlığının başlıca şərtidir. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son bir ildə hər iki dövlət proqramının icrasının yüksək peşəkarlıqla əlaqələndirilməsi daha böyük nəticələr əldə edilməsinə səbəb olmuşdur.

Prezident İlham Əliyev bu günlərdə "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmanda rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon şəhər idarələrinin yaradılması nəzərdə tutulub. Həmçinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərin hazırlanması da nəzərdə tutulub.

Beynəlxalq təcrübəyə əsaslanmaqla aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılması da müəyyən edilib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcək. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq o bazarlara çıxmalıyıq. Belə olan halda biz gələcəkdə sahibkarlığın kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik".

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi islahatlar Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb. Əminliklə demək olar ki, aparılan uğurlu aqrar islahatlar qarşıdakı illərdə ölkəmizin davamlı inkişafını təmin etməklə iqtisadi potensialımızı daha da gücləndirməyə imkan yaradacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 10 iyun.- S.3.