Kanadada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov

 haqqında məlumat lövhəsi qoyulmuşdur

 

Bakı, 8 iyun (AzərTAc). İyunun 8-də Kanadadakı Azərbaycan icmasının təşəbbüsü ilə Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilmişdir.

Kanadadakı səfirliyimizdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan icmasının üzvi Yaşar Muğan ölkəmizin ərazi bütövlüyüsuverenliyi uğrunda qurban getmiş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermişonun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırmışdır.

Mərasimdə, Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları da iştirak etmişlər.

 

Azərbaycan.-2014.-10 iyun.-S.7.