Azərbaycan ilə Asiya
İnkişaf Bankının
tərəfdaşlığının
15 illiyi qeyd olunmuşdur
Hilton
mehmanxanasında Azərbaycanın Asiya İnkişaf
Bankına (AİB) üzv olmasının 15-ci
ildönümü münasibətilə tədbir
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Azərbaycanın dövlət və
hökumət rəsmilərinin, AİB-in, beynəlxalq maliyyə
institutlarının, ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpusun, vətəndaş cəmiyyəti
və media nümayəndələrinin iştirak etdiyi tədbirdə
əvvəlcə bankın Azərbaycandakı fəaliyyəti
barədə məlumat verilmişdir.
Tədbirdə
çıxış edən Azərbaycanın maliyyə
naziri, AİB-in Rəhbərlər Şurasının
hazırkı sədri Samir Şərifov bank ilə Azərbaycan
arasında 15 illik tarixi olan əməkdaşlığın
bir çox əhəmiyyətli sahələri əhatə
etdiyini vurğulamışdır. Müstəqil Azərbaycanın
gənc dövlət olaraq, qısa vaxtda böyük
uğurlar qazandığını qeyd edən nazir
bildirmişdir ki, ölkənin bugünkü
inkişafında, o cümlədən yoxsulluğun
azaldılması və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı sahəsində
əldə olunan nailiyyətlərdə Asiya İnkişaf
Bankının dəyərli töhfələri olmuşdur.
S.Şərifov
bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulmuş bu uğurlu əməkdaşlıq
illərində Azərbaycan Asiya İnkişaf Bankından bütün
inkişaf və dəyişiklik istiqamətində strateji dəstək
almışdır.
Nazir demişdir: “AİB ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə 20 kredit və 1 qrant layihəsinin maliyyələşdirilməsi üçün 1,64 milyard ABŞ dolları dəyərində vəsait ayırmışdır ki, bunun 143,0 milyon ABŞ dollarını özəl sektorda 6 layihənin maliyyələşdirilməsinə yönəldilmiş kreditlər, 14,4 milyon ABŞ dollarını texniki yardım qrantları təşkil etmişdir. Ölkəmizdə Asiya İnkişaf Bankı tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilmişdir. 2014-cü il yanvarın 1-nə olan məlumata görə, AİB ilə imzalanmış kredit sazişləri üzrə 1333,9 milyon ABŞ dolları ekvivalentində vəsaitin cəlb olunması nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanın artan maliyyə imkanları birgə layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində hökumətin məqsəd və fəaliyyətinə şərik olur”.
Prezident İlham Əliyevin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir bu baxımdan 2015-ci ildə Asiya İnkişaf Bankının 48-ci illik toplantısına ölkəmizin ev sahibliyi etməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulamışdır.
AİB-in vitse-prezidenti Vençay Janq Azərbaycan Respublikası ilə bank arasında 15 illik səmərəli əməkdaşlıqdan danışmış, bu əməkdaşlığı daha da inkişaf etdirməkdə və genişləndirməkdə maraqlı olduqlarını ifadə etmişdir. Qeyd olunmuşdur ki, etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində Asiya İnkişaf Bankı bundan sonra da hökumətlə uğurlu əməkdaşlığı davam etdirəcəkdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası
1999-cu il oktyabrın 29-da “Asiya
İnkişaf Bankının təsisi
haqqında Saziş”ə qoşulmuş və
bankın üzvlüyünə qəbul edilmişdir.
Ölkəmiz ümumi səhm paketinə
və səsvermə statusuna görə
bankın 26-cı, regional üzvlər
arasında isə 18-ci ən böyük
payçısıdır.
Azərbaycan.-2014.- 11 iyun.- S.4.