"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə  etməklə bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 183             Bakı şəhəri, 6 iyun 2014-cü il

 

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 6 iyuntarixli 183 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 Əmək müqaviləsi  bildirişinin  forması    onun  elektron informasiya sisteminə   daxil edilməsi qaydaları,  əmək   müqaviləsi   bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı

 

Q A Y D A L A R

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun  tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir.

 

2. Əmək müqaviləsi bildirişinin formaları

 

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilir.

2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir:

2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun);

2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun);

2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

 

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə

daxil edilməsi

 

3.1. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir.

3.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan  dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməlidir.

 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir.

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza  ilə daxil olmağa imkan verən autentifikasiyavasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı,  adı, atasının adı, gücləndirilmiş elektron imza (hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya  sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi    şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini,  fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir.

3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

 

4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı

əmək müqaviləsi bildirişi

 

4.1. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi  elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya  əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir:

4.1.1. işəgötürən hüquqi şəxs olduqda:

4.1.1.1. hüquqi şəxsin adı;

4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN);

  4.1.1.3. vergi ödəyicisinineyniləşdirmə nömrəsi (VÖEN);

  4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları; 

  4.1.2. işəgötürən fiziki şəxs olduqda:

  4.1.2.1. soyadı, adı, atasının adı;

  4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN);

  4.1.2.3. vergi ödəyicisinineyniləşdirmə nömrəsi (VÖEN);

  4.1.2.4. qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;

  4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

  4.1.2.6. sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

  4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN).       

  4.2. İşçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir:

  4.2.1. işçinin soyadı, adı, atasının adı;

  4.2.2. vətəndaşlığı;

  4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

  4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

  4.2.5. fərdi identifikasiya nömrəsi (FİN);

  4.2.6. doğum tarixi;

  4.2.7. işçinin qeydiyyatda olduğu ünvan;

4.2.8. cinsi.       

4.3. Sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı;

  4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN);

  4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları;

  4.3.5. iş yerinin adı;

  4.3.6. yerinin əsas və ya əlavə olması  barədə qeyd;

4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı;

  4.3.8. əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla);

  4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz);

  4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix;

  4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

4.3.12. əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd.

4.4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı

əmək müqaviləsi bildirişi

 

5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

  5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.

5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir)  iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı

əmək müqaviləsi bildirişi

 

6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir:

6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi;

6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası;

6.1.3. işəgötürənin adı;

6.1.4. işçinin soyadı, adı, atasının adı;

6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN);

6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.

6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

7.    Əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması

 

  7.1. İşçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin ( bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifikasiyavasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

  7.2. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır.

  7.3. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır.

 

8.                   Yekun müddəalar

 

8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. 

8.2.  Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyənməlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulurvə sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir.

8.3. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında  saxlanılması müddəti məhdudlaşdırılmır.

 

________________

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

1 nömrəli əlavə

 

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

¹__________

Tarix___________

Hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Hüquqi şəxsin tam adı:

SUN:                                                                                       VÖEN:

Hüquqi ünvanı:

Faktiki ünvanı:

Əlaqə telefonları:

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi:             

Soyadı:                                                        Adı:                                                  Atasının adı:                                                                 

FİN:                                                           

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                    seriyası və nömrəsi:                           

verildiyi tarix:                                                                   sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                  Adı:                 Atasının adı:

Vətəndaşlığı:                                               Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                       seriyası və nömrəsi:              

verildiyi tarix:                                                      sənədi verən orqanın adı:

SSN:                                                                     FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

                           

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

2 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

¹__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı:                                                        Adı:                                                  Atasının adı:            

SUN:                                                           VÖEN:

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonları:

SSN:                                                            FİN:                                                                               

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                    seriyası və nömrəsi:                                  

verildiyi tarix:                                                                   sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                              Adı:                              Atasının adı:

Vətəndaşlığı:                                      Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədinadı:             seriyası və nömrəsi:                        

verildiyi tarix:                                                      sənədi verən orqanın adı:

SSN:                                                                     FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

                           

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

3 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

¹__________

Tarix___________

Hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Hüquqi şəxsin tam adı:              məlumat

                                                əvvəlki məlumat

SUN: məlumat                                                                         VÖEN: məlumat

Hüquqi ünvanı:          məlumat

                                əvvəlki məlumat

Faktiki ünvanı:         məlumat

                                əvvəlki məlumat

Əlaqə telefonları:         məlumat

əvvəlki məlumat

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi:       məlumat

                    əvvəlki məlumat

Soyadı:      məlumat                                     Adı:   məlumat                                 Atasının adı:         məlumat

                 əvvəlki məlumat                                   əvvəlki məlumat

əvvəlki məlumat

FİN: məlumat

əvvəlki məlumat                                        

Şəxsiyyətini təsdiq edən sənədin

adı:           məlumat                                                           seriyası və nömrəsi:          məlumat

əvvəlki məlumatəvvəlki məlumat

verildiyi tarix:          məlumat                                           sənədi verən orqanın adı:

məlumat

əvvəlki məlumatəvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı:     məlumat                           Adı:   məlumat                         

Atasının adı:məlumat

əvvəlki məlumatəvvəlki məlumat                 əvvəlki məlumat

Vətəndaşlığı:          məlumat               Cinsi:məlumatəvvəlki məlumat     

Şəxsiyyətini təsdiq edən sənədin

adı:           məlumat                                           seriyası və nömrəsi:

əvvəlki məlumatəvvəlki məlumat                     

 

əvvəlki məlumat

verildiyi tarix:             məlumat                        sənədi verən orqanın adı:

məlumat

əvvəlki məlumatəvvəlki məlumat

 

SSN:   məlumat                                                             FİN:       

məlumat

Doğum tarixi:        məlumat

 

Qeydiyyatda olduğu ünvanı:məlumat

əvvəlki məlumat

Yaşadığı ünvanı:          məlumat

                                   əvvəlki məlumat

Əlaqə telefonları:         məlumat

                                   əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı:        məlumat

                             əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:                                 məlumat

                                                                                                         əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı:                  məlumat

                                                                      əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:                    məlumat

                                                                             əvvəlki məlumat

Əmək müqaviləsinin növü:              məlumat

                                                       əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:                           məlumat

                                                                                                                  əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):                      məlumat

                                                                                            əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

                           

 

 

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

4 nömrəli əlavə

 

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

¹__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı:      məlumatAdı: məlumat                Atasının adı: məlumat

                 əvvəlki məlumat                         əvvəlki məlumat                                                             əvvəlki məlumat         

SUN: məlumat                                                                         VÖEN: məlumat

Qeydiyyatda olduğu ünvanı: məlumat

əvvəlki məlumat

Əlaqə telefonları:         məlumat

                                    əvvəlki məlumat

SSN:   məlumat                                           FİN: məlumat                                                                 

Şəxsiyyətini təsdiq edən sənədin

adı:           məlumat                                                           seriyası və nömrəsi:məlumat

                 əvvəlki məlumatəvvəlki məlumat

verildiyi tarix:məlumatsənədi verən orqanın adı:məlumat

əvvəlki məlumatəvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı:     məlumat                           Adı:   məlumat                         

Atasının adı:                                      məlumat

əvvəlki məlumatəvvəlki məlumatəvvəlki məlumat

Vətəndaşlığı:                                      məlumatCinsi:                            məlumat

                             əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı:              məlumat                                           seriyası və nömrəsi:məlumat

                    əvvəlki məlumat                                əvvəlki məlumat

verildiyi tarix:             məlumatsənədi verən orqanın adı:məlumat

əvvəlki məlumat          əvvəlki məlumat

SSN:      məlumat                                                 FİN:      məlumat

Doğum tarixi:        məlumat

Qeydiyyatda olduğu ünvanı:               məlumat

                                                         əvvəlki məlumat

Yaşadığı ünvanı:              məlumat

                                      əvvəlki məlumat

Əlaqə telefonları:            məlumat

                                       əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı:        məlumat

                             əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:                                 məlumat

                                                                                                         əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı:                  məlumat

                                                                      əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix:                  məlumat

                                                                             əvvəlki məlumat

Əmək müqaviləsinin növü:              məlumat

                                                       əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:                           məlumat

                                                                                                                  əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):                      məlumat

                                                                                            əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

                           

 

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

5 nömrəli əlavə

 

 

 

ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

¹__________

Tarix___________

1. Əmək müqaviləsinə xitam verilmişdir:

1.1.əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi:

1.2.əmək müqaviləsinə xitam verilməsinin əsası:

 

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aşağıda qeyd olunan əmək müqaviləsi bildirişi ləğv edilmişdir:

2.1. işəgötürənin adı:

2.2. işçinin soyadı, adı, atasının adı:

2.3. işçinin FİN:

2.3. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi:

2.4. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi:

Çap tarixi: dd.mm.yyyyhh:mm

 

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

6 nömrəli əlavə

 

 

 

Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi

bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

¹ ____

tarix __________

 

 

 

İşəgötürənlə _________________________________________________

(işəgötürən hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqdaadı, atasının adı və soyadı)

 

 

____________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

____________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsi  “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə  elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

 

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

7 nömrəli əlavə

 

 

 

 

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

¹ ____

 

tarix___________

 

 

İşəgötürənlə __________________________________________________

(işəgötürən hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı,

atasının adı və soyadı)

_____________________________________________________________

(işəgötürənin  səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

_____________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsində dəyişiklik“___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə  elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

 

 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

8 nömrəli əlavə

 

 

 

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi

bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

¹ ____

tarix   _______

 

 

 

İşəgötürənlə ­_______________________________________________

(işəgötürən hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda

adı, atasının adı və soyadı)

__________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

___________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

Azərbaycan.-2014.- 13 iyun.- S.1.