ABŞ Helsinki Komissiyası Amerika-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyatinsan hüquqları aspektləri üzrə dinləmələr keçirmişdir

 

İyunun 11-də ABŞ Senatının Rassel adına binasında Amerika-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiyyatinsan hüquqları aspektləri üzrə dinləmələr keçirilmişdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (ABŞ Helsinki Komissiyası) tərəfindən təşkil olunmuş dinləmələrin məqsədi ATƏT-in Parlament Assambleyasının bu il iyunun axırlarında Bakıda keçiriləcək  illik sessiyası ərəfəsində ABŞ-Azərbaycan münasibətlərində əsas elementlərin müzakirəsi idi.

Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya, ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, Demokratiya uğrunda Milli Fondun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam LanskayaCorctaun Universiteti nəzdində Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin dəvət olunmuş tədqiqatçısı Brenda Şaffer çıxış etmişlər.

ABŞ Helsinki Komissiyasının sədri senator Ben Kardin giriş nitqində qeyd etmişdir ki, bu ayın axırlarında ABŞ-dan olan nümayəndə heyəti ilə birlikdə Bakıya səfər etməyə hazırlaşır və bu dinləmə Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlərin təfsilatının müzakirə edilməsi üçün nəzərdə tutulmuşdur. O vurğulamışdır ki, Şimal Paylaşdırma Şəbəkəsinin (NDN) Azərbaycandan asılılığını nəzərə alaraq ABŞ-ın və onun müttəfiqlərinin Əfqanıstanda həyata keçirdiyi əməliyyatda Azərbaycan onlara kömək etmişdir. Senator Kardin qeyd etmişdir ki, Azərbaycan Birləşmiş Ştatların strateji əhəmiyyətli tərəfdaşıdır. Komissiya sədri BMT-nin Baş Məclisində Ukraynanın ərazi bütövlüyünə dair qətnamə barəsində Azərbaycanın mövqeyinə görə təşəkkürünü bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, ABŞ və Azərbaycan terrorizmə qarşı mübarizə məsələlərində də əməkdaşlıq edirlər.

Ben Kardin ABŞ ilə Azərbaycan arasında iqtisadi münasibətlərdən söhbət açaraq demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji resursları ilə maraqlanır və ABŞ Helsinki Komissiyası Azərbaycan tərəfindən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü tələblərinə riayət edilməsini yüksək qiymətləndirir.

ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin komissiya üzvləri qarşısında çıxışında qeyd etmişdir ki, ABŞ  ilə Azərbaycan arasında tərəfdaşlıq Vaşinqtonun Qafqaz siyasətinin mühüm aspektidir. İyirmi ildən artıqdır ki, ABŞ Azərbaycanda təhlükəsiz, firavandemokratik cəmiyyət yaradılması üçün bu ölkə ilə əməkdaşlıq edir. E.Rubin qeyd etmişdir ki, ABŞ bu məqsədlərə nail olmaq üçün 1992-ci ildən bəri təxminən 1,1 milyard dollar maliyyə yardımı ayırmışdır. O, Amerika-Azərbaycan əlaqələrinin əhəmiyyətindən söhbət açaraq iki ölkə arasında münasibətlərin əsas aspektlərini sadalamışdır. E.Rubin vurğulamışdır ki, Azərbaycan Kabildən Kosovoya qədər ABŞ-ın və

NATO-nun əsas tərəfdaşıdır. Əfqanıstanda Azərbaycanın 94 hərbi qulluqçusu vardır və Azərbaycan 2014-cü ildən sonra Əfqanıstanın inkişafı proseslərinə sadiq qalacağını bəyan etmişdir. Azərbaycanlı hərbi qulluqçular İraqdaKosovoda öz missiyalarını başa çatdırmışlar. Dövlət katibinin köməkçisinin müavini Şimal Paylaşdırma Şəbəkəsində və Əfqanıstana qeyri-hərbi materiallar daşınması üçün hava dəhlizi verilməsində Azərbaycanın rolunu qeyd edərək demişdir: "Hər il Azərbaycanın gömrük sərhədlərindən minlərlə konteyner daşınır, dövlət əhəmiyyətli və kommersiya xarakterli minlərlə uçuşlar həyata keçirilir". Terrorizmə qarşı mübarizə, Xəzər regionunda təhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlıq və dəniz əraziləri məsələlərinə dair məlumatlandırma ABŞ-ın bu regionda əsas prioritetləri sırasına aiddir. ABŞ hökuməti bu prioritetlərin həyata keçirilməsi üçün 2002-ci ildən təhlükəsizliyin təmin edilməsinə yardım göstərir.

E.Rubin Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna toxunaraq demişdir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün rusiyalı və fransalı həmsədrlərlə birgə səy göstərir. O demişdir: "Biz əsas diqqətimizi praqmatik addımlara yönəltmişik. Bu  addımlar tərəfləri BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının əsas prinsiplərinə uyğun sülh sazişinə gətirib çıxaracaqdır".

Sonra o, iki ölkə arasında energetika sahəsində uzun müddət davam edən əməkdaşlıq haqda söhbət açmış və qeyd etmişdir ki, bu əməkdaşlıq çərçivəsində hər iki ölkə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsini gerçəkləşdirmişdir. Xəzər yataqlarından çıxarılan Azərbaycan nefti 2006-cı ildən bu boru kəməri ilə Aralıq dənizi bölgəsinə nəql edilir. ABŞ və Azərbaycan BTC layihəsinin uğurlarını əsas götürərək "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi üzərində birgə aparırlar. Həmin dəhliz vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcəkdir.

E.Rubin energetika sahəsində əlaqələrdən əlavə, qeyri-neft sənayesində qarşılıqlı işgüzar əlaqələrin əhəmiyyətini vurğulamış, Azərbaycanın Amerikada istehsal edilmiş təyyarələr, peyk və kənd təsərrüfatı texnikası almasını misal göstərmiş, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olması məsələsində Vaşinqtonun dəstəyinin əhəmiyyətini vurğulamışdır.

Növbəti məruzəçi - ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya Amerika-Azərbaycan münasibətlərində insan hüquqları aspektlərindən söhbət açmışdır. O qeyd etmişdir ki, dövlət katibinin köməkçisinin müavini kimi üç dəfə Azərbaycanda səfərdə olmuş, Prezident İlham Əliyev və bir sıra əsas dövlət rəsmiləri ilə görüşmüşdür. O, həmçinin müxalifət partiyaların liderləri, vətəndaş cəmiyyətinin fəalları və jurnalistlərlə də görüşmüşdür. Tomas Meliya demişdir ki, ABŞ Azərbaycanın demokratik inkişafına yardım göstərir. Birləşmiş Ştatlar hökuməti Azərbaycanın çox mürəkkəb ərazidə yerləşdiyini başa düşürbuna görə də Azərbaycanda uzunmüddətli sabitliyi, təhlükəsizliyi və tərəqqini dəstəkləyir.

Erik Rubin ABŞ Helsinki Komissiyasının sədri Ben Kardinin Azərbaycan vətəndaşlarının ölkənin ərazi təhlükəsizliyi ilə əlaqədar narahatlığı barədə sualını cavablandıraraq demişdir: "Bizim Ukraynada müdafiə etdiyimiz ərazi bütövlüyüsuverenlik prinsipi regionun bütün başqa ölkələrinə də aiddir. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə edilməsi imkanlarının möhkəmləndirilməsində ona kömək göstərilməsi işinə sadiqdir".

E.Rubin münaqişənin tənzimlənməsində ATƏT-in rolu məsələsinə toxunaraq demişdir ki, ATƏT Minsk qrupu vasitəsilə Ermənistan ilə Azərbaycan arasında vasitəçilik edən aparıcı təşkilatdır və bu il ciddi irəliləyiş gözlənilmədiyinə baxmayaraq, danışıqlarda tərəqqi müşahidə olunur. O vurğulamışdır ki, danışıqların əsasını Madrid prinsipləri təşkil edir.

Tomas Meliya komissiya sədrinin korrupsiya problemlərinin aradan qaldırılmasına yönəlmiş islahatlar haqqında sualını cavablandıraraq qeyd etmişdir ki, bir sıra başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da korrupsiya əleyhinə qanunvericilik, o cümlədən korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı vardır, korrupsiyanın aradan qaldırılması üçün yerli səviyyədə addımlar atılmışdır. O, "ASAN xidmət" mərkəzlərinin işini nümunə göstərərək vurğulamışdır ki, bu mərkəzlər ölkənin adi vətəndaşlarına və yerli administrasiyalara müsbət təsir bağışlamışdır.

Dinləmələrdə sədrlik edən Kardin məruzəçilərdən Azərbaycan ilə İsrail arasında konstruktiv münasibətlərə dair mövqelərini bildirmələrini xahiş etmişdir. E.Rubin qeyd etmişdir ki, Azərbaycan-İsrail münasibətləri təkcə iqtisadi səmərə verməklə məhdudlaşmayıb, bütün regionda sabitliyin möhkəmlənməsinə töhfə verir.

Erik Rubin kiçik bir ölkə olan Azərbaycanın iyunun axırlarında Avropanın diqqətini cəlb edəcəyini bildirərək demişdir: "Azərbaycanın əhəmiyyəti onun ölçülərindən qat-qat artıqdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb - Azərbaycanın yerləşdiyi məkan, ikinci səbəb onun Əfqanıstan kimi ölkələrdə beynəlxalq birliyi dəstəkləmək prinsipinə sadiqliyi, üçüncü səbəb isə enerji təchizatının şaxələndirilməsidir. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin dəstəklənməsi bizim üçün ən yüksək prioritet olmalıdır".

E.Rubin çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycana bu qədər diqqət yetirilməsi əsaslıdır. O bir daha təsdiqləmişdir ki, ABŞ Şimal Paylaşdırma Şəbəkəsinin cənub marşrutu vasitəsilə Əfqanıstandakı Amerika qoşunlarının təchizatının təmin edilməsinə, habelə Əfqanıstanda sülhməramlı hərbi qulluqçular verilməsinə, 2014-cü ildən sonra Amerika qoşunları Əfqanıstanı tərk edəndə Azərbaycanın bu ölkəyə kömək tədbirlərinə sadiq olduğuna görə Azərbaycana dərin təşəkkürünü bildirir.

ABŞ Helsinki Komissiyasının üzvü senator Rocer Uiker Azərbaycanın iki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlığa sadiq qalmasını vurğulayaraq qeyd etmişdir ki, ABŞ azərbaycanlıların Əfqanıstandakı amerikalılara göstərdiyi köməyə görə onların qarşısında baş əyir. O demişdir ki, Azərbaycan Bİrləşmiş Ştatlarla əməkdaşlıq yolunu seçmişdirbu da, öz növbəsində, Azərbaycan rəhbərliyinin ABŞ-a yaxşı münasibətini təsdiq edir.

İkinci paneldə Demokratiya uğrunda Milli Fondun (NED) RusiyaAvrasiya üzrə direktoru Miriam LanskayaCorctaun Universiteti nəzdində Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin dəvət olunmuş tədqiqatçısı Brenda Şaffer çıxış etmişdir.

M.Lanskaya qeyd etmişdir ki, Azərbaycan rəhbərliyi çox ağıllı, müstəqil və şaxələndirilmiş xarici siyasət yürüdür.

Professor Şaffer Azərbaycanda dini tolerantlığın bu ölkənin əsas atributlarından biri olmasını qeyd edərək demişdir: "Azərbaycan həm dini etiqad azadlığının, həm də dindən azadlığın mövcud olduğu ölkədir. Azərbaycanda dünyəvi cəmiyyət mövcuddur". Qafqaz regionu üzrə ekspert qeyd etmişdir ki, Azərbaycanda ümumi, o cümlədən qadınlar üçün səsvermə hüququ qanunla təmin edilmişdir, özü də Azərbaycanda bu hüquq ABŞ-da oxşar qanun qəbul ediləndən iki il əvvəl təsbit olunmuşdur.

B.Şaffer enerji resursları təchizatçısı kimi Azərbaycanın əhəmiyyəti barədə söz açaraq qeyd etmişdir ki, bu ölkə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Professor Şaffer ölkədə sabitliyi pozmağa çalışan xarici qüvvələrin dindən təsir vasitəsi kimi istifadə etmək cəhdlərinin qarşısının alınmasında Azərbaycanın xidmətləri barədə ətraflı məlumat vermişdir.

Dinləmələrdə Demokratlar Partiyasının Merilend ştatından olan senatoru Ben Kardin sədrlik edirdi. Müzakirələrdə Respublikaçılar Partiyasının Missisipi ştatından olan senatoru Rocer Uiker Respublikaçılar Partiyasının Nyu-Cersi ştatından olan senatoru Kris Smit, həmçinin qanunvericilər ofislərinin nümayəndələri, administrasiya təmsilçiləri seçicilər iştirak etmişlər.

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

 Vaşinqton

Azərbaycan.-2014.- 13 iyun.- S.2.