Bakıda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf

 mövzusunda III Beynəlxalq elmi konfrans işə başlamışdır

 

İyunun 12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycan, Belarus, Böyük Britaniya, Özbəkistan və Ukraynanın müvafiq ali məktəblərinin təşkilatçılığı ilə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” mövzusunda III Beynəlxalq elmi konfrans işə başlamışdır.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları önünə tər güllər düzmüşlər.

Ayrı-ayrı ölkələrin alim və mütəxəssislərinin, ali məktəb rektorlarının iştirak etdikləri konfransda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov mövzunun əhəmiyyətindən danışmışdır.

İyunun 13-də başa çatacaq konfransa alim və mütəxəssislərin 120-dən artıq məruzəsi daxil edilmişdir.

 

Azərbaycan.-2014.- 13 iyun.- S.9.