İsrail Dövlətinin yeni seçilmiş

 Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə

 

Hörmətli cənab Rivlin,

İsrail Dövlətinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 iyun 2014-cü il.

Azərbaycan.-2014.- 14 iyun.- S.1.