TürkPA-nın növbəti iclası Astana şəhərində keçiriləcək

 

 

 Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclasının iştirakçıları - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri birgə mətbuat konfransı keçiriblər. Milli Məclisinin sədri Oqtay Əsədov V plenar iclasın çox səmərəli keçdiyini bildirdi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadilələri aparıldığını vurğulayıb. Digər Parlament sədrləri də TürkPA-nın Bakıda keçirilmiş plenar iclası haqqında məlumat veriblər. Bildirilib ki, TürkPA-nın növbəti iclası Astana şəhərində keçiriləcək. Gələn il keçiriləcək iclasda bir sıra məsələlərlə yanaşı, əlavə ölkələrin üzvlük, yaxud digər statusda iştirak məsələsinə də baxılacaq. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TürkPA-ya üzv dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, birgə səylər nəticəsində qurumun fəaliyyət istiqamətləri daha da genişləndirilməlidir.

 

 

            Mənsimov, Elgün.

            Azərbaycan.-2014.- 14 iyun.- S.3.