Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər

 

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab sədr.

Hörmətli dostlar.

Azərbaycana xoş gəlmisiniz. Bu gün biz Azərbaycan və Avropa Komissiyası arasında inkişaf etməkdə olan münasibətləri müzakirə etdik. Yadımdadır, il bundan əvvəl elə bu salonda biz sənədlərin imzalanması mərasimi və mətbuat konfransı keçirdikbununla da Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlığa başladığımız tarixi qeyd etdik.

Bu gün də əməkdaşlığımızın gələcək inkişafını təmin edən növbəti sənəd imzalandı. Əminəm ki, növbəti illərdə fəal əməkdaşlığımız davam edəcəkdir.

Əməkdaşlığımız çox müsbətdir və müxtəlif sahələri əhatə edir. Bu, Avropa Komissiyası sədrinin Azərbaycana ikinci səfəridir. Mən Avropa Komissiyasında beş dəfə səfərdə olmuşam. Bizim fəal dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik.

Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. “Şərq tərəfdaşlığı” Sazişi isə onları daha da yüksək səviyyəyə qaldırmışdır.

Ümid edirəm ki, növbəti aylarda biz əməkdaşlığımızın yeni formatı üzərində fəal çalışacağıq. Bu gün biz bu potensial əməkdaşlıq formatını ətraflı müzakirə etdik. Ötən il Brüsseldə mətbuat konfransında qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir. Çünki bizim əlaqələr müxtəlif sahələri əhatə edir. Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə cəmiyyətdir. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların dinlərin nümayəndələrinin sülh həmrəylik şəraitində yaşamasıdır.

Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür. İqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm.

Azərbaycan Ermənistan arasında danışıqlar prosesini müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini istəmirlər.

Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ buna məhəl qoymur, vəziyyəti dondurmaq status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT digər beynəlxalq təşkilatlar bənzər qətnamə qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır.

Beləliklə, münaqişənin beynəlxalq hüququn normaları prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh əməkdaşlıq ab-havası yaradacaqdır.

Təbii ki, bu gün biz Azərbaycan Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik. Üç il bundan öncə Sədr Barrozu ilə biz burada enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzaladıq. Bunu artıq tarixi sənəd adlandırmaq olar, çünki həmin sənədin uğurlu icrasına başlanmışdır.

2012-ci ildə biz Türkiyə ilə Trans-Anadolu kəməri üzrə Saziş imzaladıq. 2013-cü ildə Trans-Adriatik kəməri ilə bağlı Saziş imzalandı nəhayət, həmin ilin sonunda “Sahdəniz-2” ilə bağlı Yekun İnvestisiya Qərarı imzalandı. Bunlar Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir.

Proses artıq başlanmışdır biz bu nəhəng layihələri vaxtında icra etmək əzmindəyik. “Şahdəniz-2”, TANAP TAP bu gün Avropanın ən iri infrastruktur layihələridir dəyəri ən azı 45 milyard dollardır. Onların həyata keçirilməsi üçün bütün maliyyə texniki imkanlarımız vardır. Biz bütün tərəfdaşlarımızla əməkdaşlıq edirik, eyni zamanda, tranzit istehlakçı ölkələrlə çalışırıq. Əlbəttə ki, gələcəkdə bütün tərəflər iştirakçılar arasında fəaliyyətin əlaqələndirilməsi istiqamətində Avropa Komissiyasının iştirakı bizim üçün çox vacib məsələdir biz bunu yüksək qiymətləndiririk.

Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin saxələndirilməsi deməkdir. Azərbaycan Avropa üçün təkcə yeni marşrut deyil, eyni zamanda, təbii qazın yeni mənbəyidir. Bizim nəhəng ehtiyatlarımız var mövcud infrastruktura yeni infrastruktur əlavə ediləcəkdir. Biz bu tarixi layihəni vaxtında həyata keçirmək əzmindəyik.

Əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Cənab sədrlə biz bu gün çox səmimi acıq müzakirələr apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə olmalıdır. Çünki biz gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu da əlavə etmək istərdim ki, bizim Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir.

Cənab sədr, bir daha Sizi Azərbaycanda salamlayıram.

 

 

Azərbaycan.-2014.- 15 iyun.- S.1-2.