Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş nazirinin
müavini, xarici işlər naziri
Evangelos Venizelos ilə görüşmüşdür
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da
Yunanıstan Respublikasının Baş nazirinin müavini,
xarici işlər naziri Evangelos Venizelos ilə
görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə
qoyuluşu və digər sahələrdə əməkdaşlıq
məsələləri müzakirə olundu.
Söhbət
zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 18 iyun.- S.3.