Azərbaycan ilə Avropa İttifaqı arasında

 əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

 

Rəsmi Bakı beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridir, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiya verir. Digər tərəfdən, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırıb. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

Azərbaycanın Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri daim qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. 2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub.

Bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizlik, strateji sabitlik, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəddə Avropa Birliyinin qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramları öz əksini tapıb. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını açır. Avropa İttifaqının TACİS-TRASEKA proqramı çərçivəsində Böyük İpək yolunun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır.

Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyiniqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı respublikanın sözügedən təşkilatla əlaqələrinin daha da genişləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini daşıyır.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bu günlərdə ölkəmizə səfəri də əlaqələrin dinamik inkişaf etdiyini bir daha sübut etdi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında ölkəmizin Aİ-nin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə tərəfdaşlıq və əməkdaşlıq sazişinin protokolu imzalanmışdır. Sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyev əməkdaşlığımızın uğurla inkişaf etdiyini bilddirib: "Mən Avropa Komissiyasında beş dəfə səfərdə olmuşam. Bizim fəal dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik. Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. "Şərq tərəfdaşlığı" sazişi isə onları daha da yüksək səviyyəyə qaldırmışdır. Ümid edirəm ki, növbəti aylarda biz əməkdaşlığımızın yeni formatı üzərində fəal çalışacağıq. Bu gün biz bu potensial əməkdaşlıq formatını ətraflı müzakirə etdik. Ötən il Brüsseldə mətbuat konfransında qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. Bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir".

Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləyərək bu proqramda yaxından iştirak edir. "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq əlaqələri də uğurla inkişaf etməkdədir. Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammitimühüm nəticələrlə yadda qaldı. Azərbaycan da daxil olmaqla, altı ölkəni əhatə edən "Şərq tərəfdaşlığı" Polşaİsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Sammit çərçivəsində ən mühüm nəticələrdən biri Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması oldu. Saziş Şengen vizası almaq üçün tələb olunan 60 avronun 30 avroya endirilməsi, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur. Sazişə əsasən Azərbaycan vətəndaşlarının, xüsusilə çox səyahət edənlərin qısamüddətli viza əldə etmələri daha asanucuz başa gələcək.  Xatırladaq ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avro olub. Bu isə Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə də əməkdaşlıq mövcuddur.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu səfərlə bağlı deyib: "Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu, Avropa İttifaqının Azərbaycana və vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bundan əlavə, bu, mənim ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir, çünki ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir. Mən sonuncu dəfə Azərbaycanda 2011-ci ildə olmuşamüç ildən sonra burada böyük yeniliklərin şahidiyəm. Ölkəniz gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Zənnimcə, bu, çox vacib bir məsələdir".

Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiya Azərbaycanı həm də bütövlükdə Avratlantika məkanında strateji, önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir. Bütövlükdə Azərbaycanın artan qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da ölkəmizin aparıcı rola malik olacağını deməyə əsas verir.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 20 iyun.- S.4.