Azərbaycan Respublikasının Vergi

Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, I kitab, maddə 583; 2001, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734; 2002, ¹5, maddə 249, ¹12, maddə 707; 2003, ¹8, maddə 425, ¹12, I kitab, maddə 671; 2004, ¹1, maddə 1, ¹11, maddə 887, ¹12, maddə 980; 2005, ¹2, maddə 61, ¹8, maddə 688, ¹12, maddə 1081; 2006, ¹12, maddələr 1005, 1026; 2007, ¹1, maddə 4, ¹6, maddə 597, ¹8, maddə 745, ¹11, maddə 1053, ¹12, maddə 1192; 2008, ¹7, maddə 602, ¹11, maddə 960; 2009, ¹7, maddə 506; 2011, ¹1, maddə 14, ¹7, maddələr 588, 603, ¹12, maddə 1115; 2012, ¹6, maddələr 500, 513, ¹7, maddə 652, ¹9, maddə 841, ¹12, maddə 1226; 2013, ¹2, maddə 91, ¹4, maddə 366, ¹11, maddə 1278, ¹12, maddələr 1483, 1486, 1495; 2014, ¹2, maddələr 94, 98) aşağıdakı dəyişikliklər edilsin:

1. 102.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin:

"102.1.18. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;".

2. 106.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.14-106.1.16-cı maddələr əlavə edilsin:

"106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;

106.1.15. körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

106.1.16. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya.".

3.  159.9-cu və 220.8-ci maddələrdə "219.1.2-ci" sözləri "219.3-cü" sözləri ilə əvəz edilsin.

4. 164.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.18-ci maddə əlavə edilsin:

"164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə.".

5. Aşağıdakı məzmunda 199.9-cu maddə əlavə edilsin:

"199.9. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqifiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.".

6.  219-cu maddə üzrə:

6.1. 219.1.1-ci, 219.1.2-ci, 219.1.3-cü, 219.2-ci və 219.2.1-ci maddələr müvafiq olaraq 219.2-219.6-cı maddələr hesab edilsin;

6.2. aşağıdakı məzmunda 219.7-ci və 219.8-ci maddələr əlavə edilsin:

"219.7. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o  cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

219.8. Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan.-2014.- 20 iyun.- S.2.