Oqtay ƏSƏDOV: «TürkPA-nın ikinci dövrü başlayır»

 

Ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiya uğurla davam edir

 

"Assambleya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə və tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir".

Bu fikirlər iyunun 12-13-də Bakıda keçirilən TürkPA-nın V plenar iclasında qəbul olunan Bakı Bəyannaməsində öz əksini tapmışdır. Bəyannamədə eyni zamanda bildirilir ki, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bir daha təsdiq edir. Assambleya terrorizmin bütün formalarını kəskin pisləyir və üzv dövlətlərin terrorizm əleyhinə əməkdaşlığının vacibliyini vurğulayır. Qurum terrorizm, separatizmekstremizmin bütün formaları və təzahürləri, eləcə də transmilli mütəşəkkil cinayətkarlıq, kiber cinayətkarlıq, narkotik, silah, insan alverimiqrant qaçaqmalçılığına qarşı mübarizədə üzv dövlətlər arasında əməkdaşlıq və əlaqələndirməni gücləndirməyə dair öhdəliyini bir daha təsdiq edib.

Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin gücləndirilməsinə üstünlük vermişdir.

Hələ 2006-cı ilin sentyabr ayında Ankarada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Prezident İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu təsdiqləmişdir. Türkdilli ölkələrin parlament assambleyasının yaradılması və bu qurumun birinci sammitinin də 2009-cu ildə Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır.

Bu ayın 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev demişdir ki, əməkdaşlıq çərçivəsində görülən işlər bu birliyi daha da möhkəmləndirəcəkdir. Həqiqətən də, bu gün tam əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. 20 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türkdilli ölkələrin daha da yaxınlaşması və beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinin maraqlarını müdafiə etməsi təqdirəlayiq haldır.

 

TürkPA artıq dünyanın nüfuzlu regional qurumlarından biridir

 

İyunun 12-13-də Bakıda keçirilən TürkPA-nın V plenar iclasında səslənən fikirlər, qəbul edilən qərarlar ümumtürk birliyinin getdikcə daha da möhkəmləndiyini təsdiq edir. İclasda çıxış edən Azərbaycan Milli Məclisinin Sədri  eyni zamanda Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətdə olan sədri Oqtay Əsədov türkdilli ölkələrin tarixi bağlarına toxunaraq demişdir ki, hələ VIII əsrdə Bilgə Xaqandan başlayaraq, türk dünyasının mütəfəkkir insanları türkdilli xalqların tərəqqi inkişafını onların  birliyində yekdilliyində görmüşlər. Tarix boyu dünyanın çox geniş bir ərazisinin geosiyasi mənzərəsini müəyyən edən türkdilli xalqlar vahid sivilizasiya əlamətlərini heç zaman itirməmişlər.  Oqtay Əsədov vurğulamışdır ki, ötən əsrin sonlarında Türkiyə Respublikası ilə yanaşı, yeni müstəqil türk dövlətlərinin tarix səhnəsinə çıxması qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların əlbir hərəkət etməsi zərurətinin daha dərindən anlaşılmasına gətirib çıxarmışdır. Türkdilli dövlət başçılarının zirvə görüşlərinin keçirilməyə başlanması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, TürkPA-nın təsis edilməsi, TÜRKSOY təşkilatının qurulması  məhz bu zərurətdən irəli gəlmişdir. TürkPA 5 ildən artıq fəaliyyəti ilə özünü xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi göstərə bilmişdir. Assambleya çərçivəsində birliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni digər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır.

Bu gün TürkPA dünyanın nüfuzlu regional qurumlarından biridir. Təşkilat Parlamentlərarası İttifaqda İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında müşahidəçi statusuna malikdir, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində xüsusi qonaq kimi iştirak edir. Oqtay Əsədovun fikrincə, müasir dünyada cərəyan edən siyasi proseslərin məntiqi parlamentlər arasında qarşılıqlı əlaqənin güclənməsinə gətirib çıxarmışdır: "TürkPA-nın fəaliyyəti ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayan parlament diplomatiyası dövlətlərin qarşılaşdığı problemlərin həllinə parlament vasitələrinin köməyi ilə sanballı töhfə verir".

Oqtay Əsədov həmçinin qeyd etmişdir ki, TürkPA-nın üzvü olan hər bir dövlətin uğuru digər dövlətlərin uğurudur: "Bizim dövlətlərimiz siyasi, iqtisadi hərbi cəhətdən qədər güclü olarsa, onların ümumi işimizə verə biləcəyi töhfə bir o qədər böyük olar. Azərbaycan Respublikasında həyata keçirilən siyasət ölkəmizi müasir dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Dövlət büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata, yəni, 25,6 milyard dollara çatmışdır. Bu illər ərzində ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 155 milyard dollardan çox sərmayə yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür".

 

Əsas gücümüz türk xalqları arasında din, dil, tarix mədəniyyət ortaqlığıdır

 

İclasda çıxış edən Qazaxıstan Respublikası Məclisinin Sədri Kabibulla Djakupov demişdir ki, parlamentlərarası əlaqələrin genişlənməsi ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından çox önəmlidir: "Beş ilə yaxın müddət ərzində biz çox mühüm işlər görmüşük. Lakin türk dünyası birliyini daha da gücləndirmək üçün görüləsi işlərimiz çoxdur.  Bizim əsas gücümüz türk dünyası xalqları arasında din, dil, tarix mədəniyyət ortaqlığıdır".

Qırğızıstan Respublikası Jogorku Keneşinin Sədri Asilbek Jeenbekov bildirmişdir ki, təşkilat tərəfindən qəbul olunan bütün qərarlar xalqlarımızın təhlükəsiz  yaşamasına rifah halının yaxşılaşmasına xidmət edir.  Əlaqələrin daha da inkişafı üçün bir yerdə olmaq, bütün problemləri birgə həll etmək çox önəmlidir. Onun fikrincə, ölkələrimiz arasında ən yüksək səviyyədə görüşlərin keçirilməsi, önəmli qərarların qəbul olunması artıq öz müsbət nəticələrini verməkdədir.

Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək bu toplantının ortaq tarixə, dinə, dilə malik dövlətlər arasında möhkəm bir əməkdaşlığın qurulmasına xidmət edəcəyinə əminliyini bildirmiş, bu əməkdaşlığın xalqlarımızın rifahının yaxşılaşmasına xidmət etdiyini vurğulamışdır. O, həmçinin TürkPA-nın daha böyük güclü təşkilata çevrilməsi üçün bundan sonra da əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etmişdir: "Bizim vəzifəmiz hər zaman bir-birimizin yanında olmaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən önəmli problemdir. Azərbaycan torpaqlarında haqsız hüquqsuz bir işğal davam edir. Regionda sabitliyin bərpa olunması işğala son qoyulmasına, bir milyondan artıq insanın yenidən doğma torpaqlarına geri qayıtmasına bağlıdır. TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən Ermənistanın haqsız işğalına qarşı birgə mövqe tutmaqdan geri çəkilməyəcəyik. Bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır".

 

Macarıstan Milli Assambleyası TürkPA-da müşahidəçi statusu aldı

 

Macarıstan Milli Assambleyası TürkPA-da müşahidəçi statusu almaq üçün quruma müraciət etmiş uzun müddət üzv dövlətlər arasında müzakirələr aparıldıqdan sonra Bakı toplantısında məsələ müzakirəyə çıxarılmışdır. TürkPA-nın üzv dövlətləri bu müraciətə müsbət münasibət bildirmişlər. Macarıstan Milli Assambleyasının vitse-spikeri Sandor Lezsak çıxış edərək qurumun türkdilli ölkələr arasında əməkdaşlığın formalaşdırılması baxımından xüsusi önəm kəsb etdiyini qeyd etmiş, TürkPA-ya üzv ölkələrə təkliflərini müsbət dəyərləndirdiklərinə görə təşəkkürünü bildirmişdir.

V plenar iclasının yekunları ilə bağlı keçirilmiş brifinqdə Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, TürkPA-nın artıq ikinci dövrü başlayır. Birinci dövrdə qurum olduqca böyük nailiyyətlər əldə etmişdir. Çox yaxında TürkPA-nın tərkibi daha da artacaqdır.

Prezident İlham Əliyev V plenar iclasın iştirakçıları - Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin, Qazaxıstan Respublikası Məclisinin sədri Kabibulla Djakupovun Qırğızıstan Jogorku Keneşinin (parlamentinin) sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşmüşdür. Bu görüşlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Bakıda keçirilən növbəti iclasın əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunmuşdur.

Bəli, bu gün türkdilli ölkələr fərqli coğrafi mövqelərdə yerləşsələr , əlaqələri tarixi köklərə söykənir. TürkPA bu əlaqələri daha da möhkəmləndirmək, ortaq dəyərləri gələcək nəsillərə ötürmək kimi vəzifəni öz üzərinə götürmüşdür. Ona görə deyə bilərik ki, Bakıda keçirilən TürkPA-nın V plenar iclası ümumi tarix, dil mədəniyyətə söykənən əməkdaşlığın inkişafına möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 20 iyun.- S.4.