Fransanın Miluz Unuversitetində Məhsəti Gəncəvinin

 900 iliyinə hasr olunan konfrans keçirilmişdir

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin Miluz şhərindəki Yuxarı Alzas Unuiversitetinin ədəbiyyat, dillər və humanitar elmlər fakültəsində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan “Xll və XXl əsrləri birləşdirən unuversal körpü: Şərq intibahının azərbaycanlı filosofu və yazıçısı, şairəsi Məhsəti Gəncəvi (Xll əsr)” mövzusunda konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan fakültəinin dekanı xanım Qreta Komur -Tilloy Məhsəti Gəncəvinin Şərq aləmində yalnız şairə deyil, həm də filisof, şahmatçı və musiqiçi kimi tanındığını xatırlatmış, onun əsərlərində saf məhəbbətin, azad sevginni, qadın azadlığının tərənnüm edildiyini diqqətə çatdırmışdır.

Qreta Komur-Tilloy konfransın keçirildiyi zala Məhsəti Gəncəvinin adının verilməsni iki ölkə arasında hərtərəfli əməkdaşlığ növbəti töhfə olduğunu və Heydər Əliyev Fondu sayəsində bu əməkdaşlığın daha da inkişaf etdirildiyini xüsusi vurğulamışdır.

Universitetin rektoru xanım Kristin Gangloff-Ziegler çıxışında qeyd etmişdir ki, Məhsəti Gəncəvi irsi Azərbaycanın hansı yüksək dəyərlərə, qədim və zəngin ədəbiyyata malik olmasının əyani sübutudur.

Şairin adını daşıyacaq zalı rəhbərlik etdiyi ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirən rektor Məhsəti Gəncəvinin həyat və yaradıcılı ilə bağlı məruzələr sayəsində Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklərini, iki universitet arasında əməkdaşlıq isitqamətində mühüm sənədlərin imzalanacağını, Fransa və Azərbaycan arasında əlaqələrin nəticəsi kimi rəhbəlik etdiyi ali məktəbdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı kafedranın yaradılmasında maraqlı olduqlarını, hətta özünün Azərbaycan dilini öyrənməyə başladığını diqqətə çatdırmışdır.

Azərbaycana dəfələrlə səfər etdiyi xatırladan rektor Məhsəti Gəncəvi zalının yenidən qurulmasına göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun təşəkkür etmişdir.

Konfransın çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Məhsəti Gəncəvinin Şərq aləminin parlaq ulduzu kimi dəyərləndirmiş, şairə ilə bağlı UNESCO-da möhtəşəm tədbirin və digər ölkələrdə də konfransların keçirildiyini xatırlatmışdır.

Azərbaycanın Fransanı tərəfdaş və strateji bir dövlət hesab etdiyini diqqətə çatdıran diplomat iki ölkə arasında dostluq əlaqələrindən söz açmış və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə xalqımıza məxsus mədəni dəyərlərin dünya mədəniyyətinin beşiyi hesab edilən Fransada tanıdılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Məmməd Alim “Məhsəti Gəncəvi-dünyanın solmayan sənət çiçəyi” movzusunda məruzəsində Məhsəti Gəncəvinin 900 illiyinin döğma vətəni Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində, o cümlədən Fransanın paytaxtı Parisdə, ReymsMiluz şəhərlərindən yüksək səviyyədə qeyd edildiyini söyləmişdir.

Fransanın Beynəlxlaq Diplomatiya Akademiyasının əməkdaşı, şərqşünas alim Şirin MelikovaOrta əsr lirik poeziyasının ulduzları-Məhsəti Gəncəvi və Mari de Frans” mövzusundakı çıxışında Məhsəti yaradıcılığı ilə ondan bir əsr sonra yaşayıb-yaratmış fransalı şairə Mari de Fransın əsərləri arasında oxşarlıq olduğunu, hər iki şairənin yaradıcılığının əsas qayəsinin məhəbbət, sevgi, qadın bərabərliyi kimi mövzulara həsr edildiyini bildirmişdir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Teymur Kərimlinin “Məhsəti Gəncəvi-Azərbaycan poeziya məktəbinin nümayəndəsi kimi” mövzusundakı məruzəsi böyük marağa səbəb olmuşdur. Məhsəti ilk növbədə öz ədəbi-mədəni mühitinin yetirməsidir. O, bu mühiti XII yüzilliyin qədim və zəngin tarixinin tacı hesab edilən Gəncədə yaşamışdır.

Konfrasda Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun ( İNALCO ) Azərbaycan dili müəllimi Aygün Eyyubova “XI-XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvi bəşəri ideyaların və qadın hüquqlarının təşviqatçısı kimimövzusunda çıxışında şairəni parlaq zəkasından, onun yaradıcılığı və şəxsiyyəti ilə yüksək insani keyfiyyətləri, qadın hüquqlarını təşviq etməsindən söhbət açmışdır.

Konfrans çərçivəsində Yuxarı Alzas Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır.

xxx

Elə həmin gün Yuxarı Alzas Universitetinin ədəbiyyat, dillər və himanitar fənlər fakültəsində Məhsəti Gəncəvnin adını daşıyan zalın təntənəli açılışı olmuşdur.

Açılış mərasimində fakültənin dekanı Qreta-Komur-Tilloy, şəhərin meri Jan Rotner, universitetin rektoru Kristin Gangloff-Ziegler, senator Jan-Mari Bokel və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış etmişlər.

Çıxışlarda zalın Heydər Əliyev Fondunun yardımı ilə bərpa edilməsi xüsusi vurğulanmış və fondun iki ölkə arasında əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd edilmişdir.

Sonra iştirakçılar zalla yaxından tanış olmuşlar. Burada Məhsəti Gəncəvinin həyat və yaradığılığı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar qoyulmuş, divardan şairənin dörd beytinin yazıldığı tablo və Bakıdakı möhtəşəm Heydər Əliyev Mərkəzinin fotosu asılmışdır.

Tədbirin sonunda incəsənət ustalarının ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqiləri səsləndirilmişdir.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Miluz

Azərbaycan.-2014.- 22 iyun.- S.8.