Nəqliyyat naziri Tovuzda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

AzərTAc xəbər verir ki, vətəndaşların rahatlığı, müraciətlərinin operativ həlli məqsədi daşıyan növbəti belə bir qəbul Tovuz şəhərində nəqliyyat naziri Ziya Məmmədov tərəfindən keçirilmişdir.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda Tovuz ilə yanaşı, AğstafaQazax rayonlarından olan vətəndaşlar da iştirak etmişlər.

Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərin araşdırılması və həll edilməsi, respublikayerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olmuşdur.

Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər araşdırılaraq həll olunması üçün nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən, onlara göstərilən diqqət və qayğıdan razılıq etmiş, yerlərdə bu cür qəbulların təşkilinin təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.6.