"Nəzarət markasının forması, uçotu, istifadəsi

 və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 191                   Bakı şəhəri, 9 iyun 2014-cü il

 

 

Azərbaycan Respublikası Prezidentinin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında"  2012-ci il 4 sentyabr tarixli 697 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 25 iyun.- S.2.