Rusiya nəqliyyat nazirinin
müavini: Bu ilin birinci rübündə
Azərbaycan və Rusiya arasında yük dövriyyəsi 250 min
ton təşkil etmişdir
Bu
ilin birinci rübündə Azərbaycan və Rusiya
arasında dəmir yolları ilə 250 min ton yük
daşınmışdır.
Bu
barədə Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov Qəbələdə
V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekun plenar
iclasında çıxışı zamanı məlumat
vermişdir.
O
bildirmişdir ki, forumda iki ölkənin müvafiq idarələri
arasında konkret nəqliyyat məsələləri
müzakirə edilmişdir. Bu il Samur çayı üzərində
körpünün inşasına başlanacağını
bildirən nazir müavini demişdir: “Artıq yol xəritəsi
hazırlanmışdır. Tikinti bu il başlanacaqdır.
Texniki tapşırıqlar verilmiş, digər sənədlər
hazırlanmışdır”.
İki
ölkənin nəqliyyat işçilərinin
qarşısında duran vəzifələrdən
danışan S.Aristov qeyd etmişdir ki, dəmir yolları ilə
sərhədlərdən maneəsiz keçmək, xüsusən,
sərnişinlərin maneəsiz keçməsi əsas vəzifələrdən
biridir. O demişdir ki, sərhəddən rahat keçmək
variantları vardır və bu istiqamətdə iş davam
etdiriləcəkdir.
Azərbaycan.-2014.- 25 iyun.- S.8.