Qarabağın nicatı mübariz orduda, güclü dövlətdədir

 

Azərbaycan artıq bunlara tam malikdir

 

"Biz hər halda özümüzü qorumalıyıq hüdudumuzu elə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud yaxınlığında olanların müdafiə mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə fəaliyyətcə qüvvətə malik olmaqla xalqımızı məinülqəlb etsin".

 

Üzeyir bəy HACIBƏYLİ

 

Bütün münaqişələrin tarixi elə orduların tarixidir

 

Qarabağın nicatı güclü dövlətdə, güclü ordudadır bu gün malik olduğumuz güclü dövlət, güclü ordu ərazi bütövlüyünü təmin etməyə qadirdir. Son illər bu firkin, ideyanın tərəfdarları getdikcə artmaqdadır. Bunu yaşadığımız münaqişənin tarixi daha aydın nümayiş etdirir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə erməni-bolşevik müdaxilələri, demək olar ki, üst-üstə düşdü Azərbaycan xalqı növbəti dəfə vətənini, torpağını qorumaq üçün öz ordusunu yaratmalı oldu. Onda qarşıya qoyulan məqsəd daha qısa aydın idi: 1919-cu ilin əvvəllərində 25 min, 1920-ci ildə isə 40 minlik ordu vətənin müdafiəsinə qalxmalı idi. Ordunu peşəkar kadrlarla təchiz etmək məqsədilə elə həmin il Gəncədə hərbi məktəb yaradıldı məktəbin üç şöbəsində - ümumi, mühəndislik topçuluq şöbələrində ilk vaxtlarda 250 dinləyici vardı. O illərdə yenicə təşəkkül tapmağa başlayan dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən danışarkən ordu quruculuğunun, təhlükəsizlik məsələlərinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Onda ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır yüngül zirehli avtomobil daxil idi. Qısa müddətdə yaranan bu ordunun gücünü düşmənlər dərhal hiss etdilər. 1920-ci ildə Qarabağda baş qaldıran erməni qiyamı ordumuzun xüsusi bölmələri tərəfindən dərhal yatırıldı, qiyama başçılıq edən Dəli Qazar isə məhv edildi.

 

Paradların tarixi

 

Azərbaycan Ordusunun tarixində bir neçə hərbi parad olub. Azərbaycan xalqı əsgərlərimizin 1919-1920-ci illərdə Səməd bəy Mehmandarovun başçılığı ilə Qarabağda göstərdiyi şücaəti hərbi yürüşü yaxşı xatırlayır. O döyüşdən sonra Səməd bəy üzünü əsgərlərə tutub fəxrlə demişdi: "Övladlarım, mən rusların apardığı çox döyüşdə olmuşam. Port-Arturda döyüşmüşəm, amma belə qəhrəmanlıq, belə şücaət görməmişəm".

Paradların bəzisi müstəqilliyimizin son 20 ilinə təsadüf edir. Son paradlar əvvəlkilərdən bir çox parametrinə görə fərqlənir. Bu, Azərbaycanın dünyada artıq söz sahibi olduğu, bölgədə lider dövlətə çevrildiyi bir dövrün paradları, güc nümayişidir. Artıq bu ordunun maddi-texniki bazası hər bir azərbaycanlının sinəsini qürur hissi ilə doldurur. Bunu hər dəfə paradın keçirildiyi zaman şəhərin müxtəlif yerlərinə toplaşmış insanların sevinc dolu çöhrələri daha yaxşı nümayiş etdirir. Başımız üstdən, lap aşağıdan uçan təyyarə vertolyotları seyr edənlər bu ordunun - bu güclü texnikanın, bu əsgərin ona qədər yaxın olduğuna bir daha əmin olurlar. Növbəti parad isə daha möhtəşəm qalibiyyətə yaxın olacaq. Bu parad bir daha göstərəcək ki, belə bir vaxta, belə bir günə çox az qalıb.

 

416-cı diviziya ilə davam edən yol

 

Bolşevik Rusiyasına zorla qatıldıqdan sonra Azərbaycanın ordu hissələri tədricən ləğv edildi. Yalnız İkinci Dünya savaşında hər iki cəbhədə vuruşan Azərbaycan diviziyaları yenidən meydana çıxır, lakin qısa bir müddətə. Müharibənin bitməsi ilə bu proses dayanır, 1991-ci ildə SSRİ-nin çökməsi Qarabağda başlayan separatçı erməni hərəkatı güclü ordu məsələsini bir daha gündəmə gətirir. İlk illərdə əsasən könüllülərdən təşkil olunan ordu hissələri bütün cəhdlərinə, qəhrəmanlıq rəşadət nümunələrinə baxmayaraq, düşmənin yaxşı təşkil olunan silahlı qüvvələri qarşısında çətinliklə dayanır. Yüksək peşəkarlığa malik kadr çatışmazlığı, maddi-texniki bazanın zəifliyi bura əlavə olunsa, odövrkü mənzərəni tam təsəvvür etmək mümkündür.

Belə bir vaxtda ölkəyə qayıdan ümummilli lider Heydər Əliyev Ali Baş Komandan kimi bütün məsuliyyəti öz üzərinə götürdü cəbhənin müxtəlif sahələrində - Füzulidə, Beyləqanda qısa müddət ərzində düşmən layiqli cavabını alaraq xeyli geri oturduldu. Onun qayıdışı ilə hər şey dəyişdi - ölkə , ordu da, vətəndaşlar da. Onda ordunun özünə kömək lazım idi. Elə həmin il - 1993-cü il noyabrın 18-də Prezident Heydər Əliyevin göstərişi ilə Milli Məclisdə müdafiə təhlükəsizlik məsələləri müzakirə edildi, bir sıra qanunlar qəbul olundu, ordu quruculuğunda yeni bir dövr başladı. "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" sair qanunlar qəbul olundu. Ordu sürətlə qurulmağa başladı.

Ordunun inkişaf dinamikasını müşahidə etmək üçün yalnız bir fakta nəzər salmaq kifayətdir: əgər 2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait 150 milyon dollar idisə, artıq indi dövlət büdcəsində bu rəqəm milyard dollarla ölçülür. Bir sözlə, bölgənin hərtərəfli inkişaf etmiş ən güclü, ən müasir, ən çevik ordusu Azərbaycandadır. Bunu  hər il 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunan hərbi paradlar tədbirlər daha yaxşı nümayiş etdirir. Bu, artıq reallıqdır, tarixi faktdır. Dövlət başçısı bu reallıqdan doğan həqiqəti belə ifadə edib: "Biz hər an öz torpaqlarımızı azad etməyə hazır olmalıyıq bu məqsədlə biz güclü ordu yaratmışıq".

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 26 iyun.- S.7.