Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Avropa
Birliyi işləri üzrə
nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də
Türkiyə Respublikasının Avropa Birliyi işləri
üzrə naziri Mövlud Çavuşoğlunu qəbul
etmişdir.
Nazir
Mövlud Çavuşoğlu Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib
Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı. O, Prezident
İlham Əliyevi Azərbaycanın Avropa Şurasının
Nazirlər Komitəsinə sədrliyə başlaması
münasibətilə təbrik etdi. Mövlud
Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin
Strasburqdakı nitqinin ölkəsində böyük maraqla
izlənildiyini dedi.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin uğurlu
inkişafından məmnunluq ifadə olundu, ATƏT Parlament
Assambleyasının Bakıda keçirilən 23-cü illik
sessiyasının önəmi vurğulandı, ölkələrimizin
beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının
bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd
olundu.
Dövlətimizin
başçısı İlham Əliyev Rəcəb Tayyib
Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 28 iyun.- S.3.