Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro
parlamentinin sədri - ATƏT Parlament Assambleyasının prezidentinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də
Monteneqro parlamentinin sədri, ATƏT Parlament
Assambleyasının prezidenti Ranko Krivokapiçin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə
ATƏT Parlament Assambleyasının iyirmi
üçüncü illik sessiyasının Bakıda
keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident
İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar
müzakirələrin aparılacağına ümidvar
olduqlarını bildirdilər.
Söhbət
zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası
əlaqələrin əməkdaşlığımızın
möhkəmləndirilməsi baxımından önəmi
qeyd olundu.
Azərbaycan.-2014.- 29 iyun.- S.3.