“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiyaTexnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiyaTexnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 25-də Vyana şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 27 iyun 2014-cü il

Azərbaycan.-2014.- 29 iyun.- S.4.