“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 27 iyun 2014-cü il

Azərbaycan.-2014.- 29 iyun.- S.4.