“İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı işə başlamışdır

 

İyunun 27-də “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, dövlət və hökumət nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilmiş, tədbir açıq elan edilmişdir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın katibliyininsay komitəsinin üzvlüyünə seçkilər keçirilmişdir.

Sonra İctimai Birliyin ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə qeyd olunmuşdur ki, “İrəli” İctimai Birliyinin 2012-ci il mayın 5-də keçirilmiş III konfransından ötən müddətdə təşkilata 8432 yeni üzv qoşulmuşdur. Birlik üzvləri 231 xarici tədbirdə iştirak etmiş, 43 yeni, 14 beynəlxalq tərəfdaşlıq əlaqəsi yaratmış, 28 onlayn aksiya keçirmişdir. Birlik son iki ildə 412 yeni, o cümlədən 43 beynəlxalq layihə reallaşdırmışdır. Bu layihələrdə ümumilikdə 65 min nəfər iştirak etmişdir. “İrəli” tərəfindən bu illərdə müxtəlif sahələrə aid 1126 təlim təşkil edilmişdir.

İctimai Birliyin həyata keçirdiyi ən böyük layihələr sırasında “Mənim Prezidentim”, “Səs ver”, “10 il”, “Sosial Media Akademiyası”, “Gənc liderlər üçün qış universiteti” və s. xüsusi vurğulanmışdır. “Mənim Prezidentim” layihəsində seçki prosesində Azərbaycan gəncliyinin ən layiqli namizədi İlham Əliyevin təbliğat kampaniyasına töhfə vermək, “Səs ver” layihəsində ilk dəfə səs verəcək gənclərə seçki prosesində iştirakın əhəmiyyəti, “10 il”də isə Azərbaycan Prezidenti İlham Əliyevin on illik fəaliyyəti dövründə əldə edilmiş uğurların ictimaiyyətə, xüsusən də gənclərə çatdırılması istiqamətində tədbirlər keçirilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə gənclər arasında sosial məsuliyyətin artırılması, onların beynəlxalq inteqrasiyasının gücləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, fərdi inkişaflarının təmin olunması “İrəli”nin əsas istiqamətlərindən biri olmuşdur. İctimai Birliyin ən böyük uğurlardan biri qurumun 30 ali məktəbdə nümayəndəliklərinin yaradılmasıdır.

Hesabat məruzəsindən sonra mərkəzi nəzarət-təftiş komissiyasının rəyi təqdim olunmuş və səsə qoyularaq qəbul edilmişdir.

Sonra Birliyin üzvləri çıxış edərək görülən işlər, həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə danışmışlar.

Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə gənclərinə xüsusi diqqət yetirilməsinə başlandığını vurğulamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin banisi olduğunu xüsusi vurğulayan S.Orucov 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını bu diqqətin göstəricisi adlandırmışdır. Prezident İlham Əliyevin siyasi fəaliyyətində gənclərə xüsusi yer ayırdığını diqqətə çatdıran S.Orucov dövlətimizin başçısının gənclərimizin hamisi olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gəclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində respublikamızda gənclər təşkilatlarının mütəşəkkil qurumlara çevrildiklərini qeyd etmişdir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “İrəli” İctimai Birliyinin üzvlərinə təbriklərini çatdırmış, onlara fəaliyyətlərində uğurlar arzulamış, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün uğurla reallaşdırıldığını vurğulamışdır.

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev ölkəmizdə gənclər siyasətinin uğurlarından danışmış, vətəndaş cəmiyyəti quruculuğunda gənclər təşkilatlarının mühüm rol oynadığını qeyd etmişdir. O, bu qurumların fəaliyyətində bütün gənclərimizi əhatə etməsinin, onlar tərəfindən milli maraqlara xidmət edən layihələrin dəstəklənməsinin zəruriliyini vurğulamışdır.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ulu öndər Heydər Əliyevin gənclərimizə xüsusi diqqət yetirdiyini bildirərək Ümummilli Liderimizin onların sağlam böyümələri üçün idmana cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdiyini diqqətə çatdırmışdır. Bu siyasətin Prezident İlham Əliyevin də fəaliyyətində mühüm yer tutduğunu bildirən nazir müavini son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurların gənclərimizin dövlətin diqqət və qayğısı ilə əhatə edilməsinin göstəricisi olduğunu demişdir.

Hesabat-seçki konfransında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV dedi:

- Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər gənclərimizə həmişə böyük ümidlər bəsləmiş, onları Azərbaycanın gələcəyi adlandırmış və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. 

Ulu öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır.

1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. 1997-ci il fevralın 1-də ilk Forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev, fevralın 2-sini Azərbaycan Gənclər Günü elan etmişdir. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulurbu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunmuşdur ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermişciddi uğurlar əldə olunmuşdur:

- gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir;

- ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur;

- dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir.

2007-ci ilin “Gənclər ilielan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi dövlətimizin başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmışdır.

Cənab Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirmişdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər.

Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb ictimai-siyasi vəziyyətdə, sürətli iqtisadi tənəzzül, sosial gərginlik şəraitində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğu prosesinə başlandı. Həmin dövrdə Azərbaycanın daxilixarici siyasətinə kənardan təsir göstərmək, onu idarə etmək üçün ciddi cəhdlər olmuşdur. Yalnız Ulu Öndərin uzaqgörənliyi, vətənpərvərliyi, qətiyyəti sayəsində anti-milli qüvvələri neytrallaşdırmaq, milli dövlətçiliyimizi qorumaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmaq mümkün olmuşdur. Sirr deyil ki, həmin qüvvələr bu gün də dövlətimizin müstəqil siyasi kursunu qəbul etmək istəmir, Azərbaycanı tərəqqi, sürətli inkişaf yolundan döndərmək üçün müxtəlif vasitələrə əl atır və yaxud onu öz təsirləri altına salmağa çalışırlar. Ancaq bu gün Azərbaycan güclü, sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, dünya siyasətində öz yerirolu olan bir ölkədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxilixarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcəkdir. Cənab Prezident qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır.

Bu, Azərbaycan gəncliyi üçünbir nümunədir. Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır.

 Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti vardır. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü) kampaniyasının rəhbəri Leyla xanım Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yerirolu vardır. Onun rəhbəri olduğu RAGB Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür.

Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək mümkündür ki, Leyla xanım Əliyeva çoxşaxəli və məqsədyönlü fəaliyyəti ilə bugünkü Azərbaycan gəncliyinə nümunədir. Gənclər görülən bu işlərə dəstək verməlidirlər.

Bu gün həyata keçirilən məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda ölkəmizdə 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar gənclərin milli mənəvi, mədəni və ictimai-siyasi sahələrdə təşkilatlanması baxımından bazis rolunu oynayır. Tam məsuliyyətlə demək olar ki, gənclər təşkilatlarımızın resursları, reallaşdırdıqları layihə və proqramlar, həyata keçirdikləri tədbirlər xeyli təkmilləşmiş və inkişaf etmişdir. Onlar ölkənin ictimai həyatında yaxından iştirak etməklə yanaşı, dövlətin müxtəlif sahələrdə həyata keçirdiyi siyasətə könüllü dəstək verirlər. Bu baxımdan mən Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm.

Gənclər təşkilatları sırasında özünəməxsus yeri olan qurumlardan biri də “İrəli” İctimai Birliyidir. Birlik 2005-ci il avqustun 26-da ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlamışdır. Əsas məqsədi Azərbaycanın parlaq gələcəyini düşünən, onu irəliyə aparan Prezident İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx birləşməkdən və daima onu dəstəkləməkdən ibarət olan Hərəkat, 3 il fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandıraraq, 2008-ci il dekabrın 24-də "İrəli" İctimai Birliyinə çevrilmişdir. Azərbaycanda insan kapitalının inkişafına dəstək olmağı əsas missiya kimi müəyyən etmiş “İrəli” yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və maraqlı təşəbbüslərlə çıxış etmişdir.

Bu gün “İrəli” İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun vurmaqonu qiymətləndirməklə yanaşı, eyni zamanda, rəhbər strukturlarını yeniləyir. İctimai Birlikdə belə bir ənənənin qorunub saxlanması, daim yenilənmənin aparılması müsbət haldır. Fürsətdən istifadə edib, Birliyin yeni seçiləcək rəhbərliyinə uğurlar arzu edirəm.

 

X X X

Birliyin mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçildikdən sonra növbəti iki il müddətə qurumun sədri vəzifəsinə səsvermə keçirilmişdir.

Səsvermənin nəticələrinə görə Mirhəsən Seyidov “İrəli” İctimai Birliyinin sədri seçilmişdir. 

İctimai Birliyin yeni sədri M.Seyidov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirmişdir.

 

Azərbaycan.-2014.- 28 iyun.- S.6.