Kənd təsərrüfatı naziri Samuxda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 27-də Samuxda vətəndaşları qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Daşkəsən, Göygöl, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonlarından olan 40-dan atıq vətəndaşın müraciətinə baxılmışdır.

Müraciətlər əsasən texnika çatışmazlığı, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, suvarma artezian quyularının bərpa olunması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi, fərdi yaşayış evlərinin tikilməsi üçün həyətyanı torpaqların ayrılması və digər məsələlərlə bağlı olmuşdur.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, müraciətlərin bir çoxu yerində həll olunmuş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Qəbulda iştirak edən Daşkəsən rayonunun fermerləri nəsli kəsilməkdə olan arıların süni mayalama yolu ilə artırılması məsələsini nazirin diqqətinə çatdırmışlar.

Nazir Heydər Əsədov bu məsələnin həlli üçün yerindəcə tapşırıq vermişdir.

Nazir artıq ölkədə kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsi üçün müəyyən işlər görüldüyünü və bunun üçün mühüm addımlar atıldığını da açıqlamışdır.

Qəbuldan əvvəl nazir Heydər Əsədov “AqrolizinqASC-nin Gəncə rayonlararası təchizat bazasında 52 fermerə yeniBelarustipli traktorların açarlarını və sənədlərini təqdim etmişdir.

Fermerlərlə söhbət zamanı nazir onları narahat edən problemlərin diqqət mərkəzində olduğununazirliyin bütün strukturlarının bu problemlərin həlli istiqamətində daim çalışdığını söyləmişdir. Eyni zamanda, Heydər Əsədov subsidiya alan şəxslərin siyahısının artıq nazirliyin internet saytında yerləşdirildiyini və fermerlərdən bu siyahılar ilə tanış olub öz fikirlərini nazirliyinQaynar xətt”inə (1652) çatdırmalarını xahiş etmişdir.

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Daha sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak etmişdir. 

 

Azərbaycan.-2014.- 28 iyun.- S.9.