Bakıda “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans keçirilir

 

İyunun 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr” mövzusunda konfrans işə başlamışdır.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2013-cü il 9 aprel Sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan mətbuatında, internet media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetirilir, mövcud istiqamətlərdə müzakirələr aparılır.

Konfransda Mətbuat Şurası idarə heyətinin üzvləri, MTRŞ-nin rəhbərliyi, kütləvi informasiya vasitələrinin baş redaktorları və digər rəsmi şəxslər iştirak edirlər.

 

Azərbaycan.-2014.- 28 iyun.- S.8.