R.M.Seyfullayevin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə Rəhim Məmi oğlu Seyfullayev "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2014-cü il

Azərbaycan.-2014.- 1 mart.- S.2.