Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

2014-cü ilin may ayında Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Cəmil oğlu Ləmbəranskinin anadan olmasının 100 illiyi tamam olur.

Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2014-cü il

Azərbaycan.-2014.- 1 mart.- S.2.