Naxçıvanda sahibkarlarla işgüzar görüş keçirilmişdir

 

Fevralın 28-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşü keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdən əvvəl Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarının, əl işlərinin və rəsm əsərlərinin sərgisinə baxış olmuşdur. Sərgidə 80-dən artıq müəssisənin 300 növdə məhsulu nümayiş etdirilmişdir. Ali Məclisin Sədrinə muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, yeni yaradılmış və yaradılması nəzərdə tutulan istehsal və xidmət sahələri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ildə muxtar respublikada kənd təsərrüfatı, emal, yüngültikinti sənayesi üzrə ümumilikdə 64 layihə maliyyələşdiriləcəkdir.

Sərgi ilə tanışlıqdan sonra muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla keçirilən işgüzar görüşdə Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xəttinin mühüm istiqamətlərindən birini də sahibkarlığın inkişafı təşkil edir. Sahibkarlığı inkişaf etdirmədən, kiçikorta sahibkarlıq subyektlərini hərəkətə gətirmədən davamlı inkişafa nail olmaq mümkün deyildir. İqtisadiyyatı canlandırmağın əsas yolunun sahibkarlığın inkişafından keçdiyini bildirən ulu öndər deyirdi: "Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur".

Hazırda bu yol Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 23 noyabr tarixli fərmanı sahibkarlığın inkişafına əsaslı zəmin yaratmışdır. Bu fərman, eləcə də ölkə rəhbərinin qəbul etdiyi regionların inkişafına dair birinciikinci dövlət proqramları regionların davamlı inkişafına, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə gətirib çıxarmışdır. Cari il fevral ayının 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş tədbirdə Prezident İlham Əliyev sahibkarlara dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir: "Biz on il ərzində sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuş, maliyyə resursları cəlb edilmişdir".

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın, kiçikorta biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu sahəyə göstərilən maliyyə dəstəyinin həcmi ildən-ilə artırılmış, adamlarının fəaliyyətinə süni müdaxilələr aradan qaldırılmışdır. Antiinhisar tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "bir pəncərə" prinsipi əsasında aparılması da öz müsbət təsirini göstərmişdir. Kənd təsərrüfatında çalışan fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, güzəştli şərtlərlə yanacaqmotor yağları ilə təmin olunması göstərilən qayğının daha bir ifadəsidir. Torpaq mülkiyyətçilərinə vaxtında toxum, gübrə və texnika ilə yardım göstərmək məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin bütün rayonlarda filialları yaradılmışdır. İndi deyə bilərik ki, bu sahədə görülən işlər nəticəsiz qalmamışdır. Yeni istehsal sahələri və yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmiş, yeni məhsul növlərinin istehsalına başlanmışdır. Tələbatın ödənilməsində yerli istehsalın xüsusi çəkisi əhəmiyyətli dərəcədə artırılmışdır.

Ali Məclisin Sədri "Heydər Əliyev ili"ndə muxtar respublikanın inkişafında, sosial-iqtisadi inkişaf proqramlarının icrasında əməyi olan sahibkarlıq müəssisələrinin bütün kollektivlərinə təşəkkürünü bildirərək demişdir: Muxtar respublikada sahibkarlıq inkişaf etdikcə ümumi daxili məhsulda bu sahənin xüsusi çəkisi də artır. 2013-cü ildə ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir. Hazırda aqrar sektorda, sənaye, ticarət və nəqliyyatda qeyri-dövlət bölməsinin payı 85-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir. Sahibkarlığın inkişafının mühüm göstəricilərindən biridaxili bazarın istehlak mallarına artan tələbatının ödənilməsidir. Əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, bu gün 346 növ və 988 çeşiddə məhsul istehsal edilir. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Möhtərəm Prezident 2014-cü ili "Sənaye ili" elan etmişdir. Buna uyğun olaraq ardıcıl tədbirlər görülür. Müasir sənaye parklarının yaradılması üzərində gedir. 1996-cı ilədək muxtar respublikada cəmi 56 sənaye müəssisəsi vardısa, bu gün yaradılan sənaye müəssisələrinin sayı 438-ə çatmışdır. Başqa sözlə, tarixən aqrar region kimi formalaşan muxtar respublikanın sənaye regionuna çevrilməsi üçün ciddi əsaslar yaradılmışdır.

Qeyd olunmuşdur ki, uzunmüddətli iqtisadisosial inkişafın təmin olunmasında sahibkarlıq subyektlərinə, ələlxüsus da kiçikorta sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi mühüm əhəmiyyətə malikdir. Ötən il muxtar respublikanın bankkredit təşkilatları tərəfindən sahibkarlara 22 milyon 754 min manat kredit verilmişdir. Bunun 12 milyon 770 min manatdan çoxuya 56,1 faizi Sahibkarlığa Kömək Fondu tərəfindən göstərilmişdir. Cari ildə də yüngülemal sənayesi, kənd təsərrüfatı, tikinti materialları istehsalı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara kreditlərin verilməsi davam etdiriləcəkdir.

Göründüyü kimi, muxtar respublikada sahibkarlıq mühiti hərtərəfli qayğı ilə əhatə olunub. Bu hesaba əldə olunan nailiyyətlər də ilbəil artıb. Lakin daha yüksək nəticələrə çatmaq üçün istər dövlət orqanlarının, istərsə də sahibkarlıq subyektləri qarşısında mühüm vəzifələr durur. Təcrübə göstərir ki, yerli istehsal müəssisələri, ilk növbədə, öz fəaliyyətlərini daxili tələbatın ödənilməsi istiqamətində qurur. Digər tərəfdən məhsul istehsalında yerli xammaldan istifadə olunması hazır məhsulun daha keyfiyyətli, ekoloji cəhətdən daha təmiz və istehlakçılar üçün daha ucuz qiymətə başa gəlməsinə səbəb olur. İqtisadi İnkişaf Nazirliyi yerli xammaldan istifadəyə əsaslanan istehsal müəssisələrinin yaradılmasını bundan sonra da davam etdirməlidir. Yeni müəssisələr yaradılarkən mövcud potensialdan istifadə olunması məqsədi ilə hər bir rayonun xammal və əmək ehtiyatları nəzərə alınmalı, təkliflər birinci növbədə bu istiqamətdə hazırlanmalı və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi diqqət mərkəzində saxlanılmalıdır. Yadda saxlamaq lazımdır ki, müəssisənin xammala yaxın yerdə yerləşməsi məhsulun maya dəyərinin aşağı düşməsinə, nəticə etibarilə istehlakçıya daha ucuz qiymətə satılmasına imkan yaradır. Digər tərəfdən bu, yerlərdə məşğulluq səviyyəsinin yüksəlməsinə də səbəb olur.

"Bu gün sahibkarlıq qayğı mərhələsindən istehsal olunan mal və xidmətlərə görə məsuliyyət mərhələsinə keçməlidir. Muxtar respublika sahibkarları kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, həm müvafiq dövlət orqanları, həm də sahibkarlıq subyektləri maraqlı olmalıdırlar ki, istehsal etdikləri məhsul xarici bazara çıxış imkanına malik olsun. Bunun üçün birinci növbədə keyfiyyətə diqqət yetirilməlidir. Müasir texnoloji avadanlıqlar quraşdırılmadan və istehsal prosesində texniki standartlara əməl olunmadan keyfiyyətli məhsul istehsal etmək mümkün deyildir. Buna görə də İqtisadi İnkişaf Nazirliyi yeni istehsal sahələri ilə bağlı təkliflər verərkən texnoloji nailiyyətlərə əsaslanan layihələrə üstünlük verməli, ixracyönümlü məhsul istehsalının artırılmasına çalışmalıdır. Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi bazara keyfiyyətsiz məhsul çıxarılmasına yol verməməlidir. Bazarlarda bolluğa nail olmaq, istehlakçıların seçim imkanlarını artırmaq, onları keyfiyyətli məhsullarla təmin etmək üçün Dövlət Gömrük Komitəsi də öz növbəsində idxal olunan məhsulların keyfiyyət amilinə nəzarəti gücləndirməlidir.

Ali Məclisin Sədri qeyd etmişdir ki, istehsal olunan məhsulun, göstərilən xidmətin keyfiyyəti gigiyenik şərtlərə əməl olunmasından da asılıdır. Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində istehsal və xidmət obyektlərində sanitar-gigiyenik şəraitə nəzarət etməli, xüsusilə ərzaq istehsalı müəssisələrində və vətəndaşlarla birbaşa ünsiyyətdə olan xidmət obyektlərində işçi heyətinin tibbi baxışdan keçməsinə və sağlamlığını təsdiq edən sənədlərin dürüstlüyünə diqqəti artırmalıdır. Səmərəli fəaliyyət üçün maliyyə dəstəyinin göstərilməsi kifayət etmir. Bunun üçün beynəlxalq təcrübəyə əsaslanan biznes-planların hazırlanması da vacibdir. Biznes-planların səthi tərtibi, imkanların düzgün qiymətləndirilməməsi sahibkarlıq subyektinin problemlərlə üzləşməsinə və götürülmüş kreditlərin vaxtında qaytarılmamasına gətirib çıxarır. Bu kimi halların baş verməməsi üçün İqtisadi İnkişaf Nazirliyi təqdim olunan biznes-planların ciddi təhlilini aparmalı, perspektiv nəzərə alınmaqla kreditlərin verilməsini təmin etməlidir. Həmçinin verilən kreditlərin coğrafiyası da tələbata uyğun genişləndirilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar müvafiq iqtisadi biliklərə yiyələnməlidirlər. Bunun üçün Biznes Mərkəzinin imkanlarından istifadə edilməli, İqtisadi İnkişaf NazirliyiSahibkarlar Konfederasiyası sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrədilməsi üçün lazımı tədbirlər görməlidirlər.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının mühüm rola malik olduğunu bildirən Ali Məclisin Sədri demişdir ki, ölkəmizdə aqrar islahatlara ilk dəfə ümummilli liderin rəhbərliyi ilə ötən əsrin 90-cı illərinin əvvəlində muxtar respublikamızda başlanmışdır. Bu islahatların müvəffəqiyyətlə başa çatdırılmasının nəticəsidir ki, bu gün kənd təsərrüfatı məhsullarının demək olar ki, hamısı özəl sektorda, yerli fermersahibkarlar tərəfindən istehsal olunur. Dövlət tərəfindən hər cür şərait yaradılmış, kənd təsərrüfatı iqtisadiyyatda üstün istiqamətini qoruyub saxlamışdır. Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli sərəncamı qarşıdakı dövrlər ərzində aqrar sahənin inkişafına üstün istiqamət verilməsinin daha bir ifadəsidir. Dövlət başçısının göstərişlərinin icrası istiqamətində ardıcıl tədbirlər görülməli, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin inkişafında mütərəqqi metodlar tətbiq edilməli, dünyada bu sahədə uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi və mənimsənilməsi üçün əməli işlər həyata keçirilməlidir.

Rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Bu istiqamətdə müəyyən işlər görülsə də, ciddi irəliləyiş hiss olunmur. Kənd təsərrüfatı məhsullarının istehsalında hər bir rayonun iqlimtorpaq xüsusiyyətlərinin, eləcə də təsərrüfatçılıq ənənələrinin nəzərə alınması vacibdir. Aqrar sektorun intensiv metodlarla inkişafına üstünlük verilməli, elmi nailiyyətlərin kənd təsərrüfatına tətbiqi diqqət mərkəzində saxlanılmalıdır. Məhsuldarlığın yüksəldilməsinə təsir göstərən amillərə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və yerli icra hakimiyyətləri tərəfindən daim diqqət yetirilməli, məhsul istehsalçıları üçün maarifləndirici tədbirlər təşkil olunmalıdır. Bundan başqa, fermerlərin elektron qeydiyyatı və torpaqların elektron uçot sistemi yaradılmalıdır. Kənd təsərrüfatına yararlı torpaqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət gücləndirilməlidir.

Qeyd olunmuşdur ki, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində, xüsusilə heyvandarlıqda iri fermer təsərrüfatlarının yaradılması istiqamətində son illər bir çox işlər görülmüşdür. Lakin kiçik və ailə fermer təsərrüfatları da yaddan çıxarılmamalı, fəaliyyətlərini genişləndirmələri üçün onlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilməlidir. Məhsul istehsalçılarına kömək göstərilməsi və ərzaq bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi Kənd Təsərrüfatı Nazirliyiyerli icra hakimiyyətləri ilə birlikdə məhsulların birbaşa istehsalçılar tərəfindən satılması üçün yarmarkaların təşkilini bundan sonra da davam etdirməli, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlara tədarükü təmin edilməlidir. Sahibkarlıq subyektlərinin maraq və mənafeləri qorunmalı, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısı bundan sonra da alınmalıdır. İqtisadi İnkişaf Nazirliyi Ədliyyə Nazirliyi ilə birlikdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin yoxlayıcı orqanlarasahibkarlara izah edilməsi məqsədi ilə müvafiq təlimlərin keçirilməsini və digər maarifləndirici tədbirlərin görülməsini təmin etməlidir. Ədliyyə Nazirliyi sahibkarlıq subyektlərində yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında məlumatın əldə olunması məqsədi ilə yoxlamaların vahid məlumat reyestrinin aparılmasını təmin etməlidir.

Ali Məclisin Sədri demişdir: Dövlətin sahibkara dəstəyi olduğu kimi, sahibkarın da dövlətə dəstəyi olmalıdır. Ümummilli lider deyirdi: "Hər bir sahibkar, adamı unutmamalıdır ki, o, həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır". Sahibkarlar fəaliyyətlərində şəffaflıq prinsipini gözləməli, dövlət qarşısında öhdəliklərə layiqincə əməl etməlidirlər. Bunun üçün isə vergilər vaxtında ödənilməli, işə götürülən işçilərlə əmək müqavilələrinin bağlanması təmin edilməli, əməkhaqları reallığı əks etdirməlidir. Dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında, eləcə də vergidən yayınma hallarının qarşısının alınmasında sahibkarlar da üzərlərinə düşən vəzifəni yerinə yetirməli, tabeliklərində olan işçilərə qayğı göstərməli, normal şəraitinin yaradılmasını, istehsal müəssisələrində əməyin təşkilini və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidirlər.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar 2014-cü ilin muxtar respublikada "Muxtariyyət ili" elan olunduğunu diqqətə çatdırmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir hüquqifiziki şəxsin də muxtariyyət ilində təşəbbüskar olacağına, muxtar respublikanın inkişafı naminə daha səylə çalışacaqlarına əminliyini bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada iqtisadi artımın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2 milyard 338 milyon 928 min manata yaxın olmuş, sənaye, tikinti, nəqliyyat və kənd təsərrüfatında artımın əldə edilməsində sahibkarlıq müəssisələrinin özünəməxsus rolu olmuşdur. Yeni istehsal və xidmət sahələrinin yaradılması, öz növbəsində, muxtar respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, tələbatın yerli istehsal və xidmət hesabına ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərmişdir. Qeyd olunmuşdur ki, kəndlərdə məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə 2013-cü ildə müxtəlif istiqamətlər üzrə 52 sahə istifadəyə verilmişdir. Sahibkarların tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və məhsulların ixracının artırılması məqsədilə ötən il ölkə daxilində və xaricdə keçirilmiş 35 biznes forum, konfrans, seminar və beynəlxalq sərgilərdə 190 sahibkarın iştirakı təmin edilmişdir.

Sahibkarlar Zakir Məmmədov və İntiqam Hüseynov çıxış edərək muxtar respublikada sahibkarlara göstərilən dövlət qayğısından danışmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 8 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər silikon yastıq, yorğan və yaylı döşək istehsalı sahəsinin, qızıl-gümüş zinət əşyaları, medaldöş nişanlarının hazırlanması sahəsinin, müxtəlif növ şitillərin, giləmeyvə, göbələk, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksinin, kompotşirniyyat istehsalı sahəsinin, heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz qurutma sahəsinin yaradılmasına, maldarlıq və heyvandarlıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsinə sərf olunacaqdır.

Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi ikişafından bəhs edən filmə baxmışlar.

 

Azərbaycan.-2014.- 1 mart.- S.5.