Bakı Dövlət Universitetinin bir qrup

alimi yubileyləri münasibətilə mükafatlandırılmışdır

 

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-da çalışan bir qrup alim və ziyalını yubileyləri münasibətilə təbrik etmişdir.

Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, akademik A.Məhərrəmov həmin ziyalıların  elmin və təhsilin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərini xüsusi vurğulamışdır.

Rektor BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov, hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva, fəlsəfə kafedrasının professoru Əziz Məmmədov və nəzəri mexanika bütöv mühit mexanikası kafedrasının müdiri, professor Rəfail Əmənzadəni 70, türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgəri 60, botanika kafedrasının professoru Ağavəli İbrahimov, bioekologiya kafedrasının dosenti Svetlana Cəfərova və coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilovu 75, funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru Sabir Mirzəyevi 65, fiziki coğrafiya kafedrasının baş müəllimi Tamilla Şəmilzadəni 80, coğrafiya fakültəsinin dekan müavini Şəkər Məmmədovanı və BDU-nun aparıcı mühəndisi Müstəqim Məmmədovu 50 illik yubileyləri münasibətilə təbrik etmişdir.

Yubilyarlara fəxri fərmanlar təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 1 mart.- S.9.