ABŞ-ın İndiana ştatının Senatı Xocalı faciəsini

 soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir

 

Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılmış və bu qətliamın soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edilmişdir. Sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistana məxsus silahlı dəstələr Azərbaycanın Xocalı şəhərini işğal etmişburada 600-dən artıq günahsız insanı, o cümlədən çoxsaylı qadın və uşaqları amansızlıqla qətlə yetirmişlər. Qeyd edilir ki, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq, rəsmi Yerevan bu günədək həmin sənədlərin icrasını təmin etməmiş, işğal etdiyi torpaqları boşaltmamışdır. Qətnamənin surətinin ABŞ Prezidentinə, Senatına, Nümayəndələr Palatasına, Dövlət Departamentinə və ölkənin Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunmuşdur.

Beləliklə, İndiana ABŞ-ın Xocalı qətliamını soyqırımı kimi tanıyan 15-ci ştatı olmuşdur. Keçən il Xocalı soyqırımı ilə bağlı qətnamələri Texas, Nyu Meksiko, Tennessi, OklahomaPensilvaniya ştatlarının senatları da qəbul etmişdir.

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 5 mart.- S.1.