Prezident İlham Əliyev Münxen

Təhlükəsizlik Konfransının sədrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də  Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul etmişdir.

 

Görüşdə Münxen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından  önəmi vurğulandı, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirildi, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 6 mart.- S.1.