Qusar - Şahdağın gözəllik mücəssəməsi

 

Respublikamızın həmişə əsrarəngizliyi ilə seçilən rayonu olan Qusar bu gün inkişaf  edərək bölgə üçün bir nümunəyə çevrilməkdədir. Ötən illərin yekunları göstərir ki, qusarlıların inkişafa doğru getdikləri yol gələcək üçün daha yaxşı nəticələr verəcək.

Bu gün Qusar qədim ənənələri yaşatmaqla müasirləşir. Yeni yaradılan hər nə varsa dünənin köklü təməli üzərində qurulur, inkişaf etdirilir. 2013-cü il qusarlılar üçün əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Prezident İlham Əliyev Qusara etdiyi səfərlər zamanı abadlıq işləri ilə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Ötən ilin dekabrında Qusara səfəri zamanı ölkə başçısı "Şahdağ" Qış-Yay Turizm Kompleksində tikilmiş "Şahdağ" və "Pik Palas" hotellərinin açılışında,  2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir.

"Şahdağ" Qış-Yay Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və unikallığı ilə fərqlənir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük töhfə olmaqla Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirən ölkə başçısı demişdir: "Şahdağ  kurortunun yaradılması, əlbəttə ki, Azərbaycanda turizmin inkişafına xidmət göstərir, eyni zamanda, ölkəmizin  inkişafını göstərir. Çünki bir halda ki bir neçə il ərzində dünya səviyyəli kurortu yarada bilmişiksə, deməli, bütün başqa sahələrdə də böyük işlər görməyə qadirik. Əslində bugünkü  Azərbaycan  reallıqları bunu təsdiqləyir".

Adıçəkilən turizm kompleksinin Qusar rayonunda işsizlik probleminin həllində, rayonda kənd təsərrüfatının, sahibkarlığın, sənətkarlığın inkişafında,  büdcə gəlirlərinin artmasında, infrastruktur sahələrinin sürətlə yenidən qurulmasında və dünyada tanınmasında əvəzsiz rolu olacaqdır. Prezident İlham Əliyev  bildirmişdir ki, bu layihə ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayədir. Bizim ən böyük sərmayəmiz Qusar rayonunun turizm potensialına  qoyulubdur və qoyulacaqdır. Bu kurortun fəaliyyətə başlaması yüzlərlə, gələcəkdə isə minlərlə yeni yerinin açılmasına gətirib çıxaracaqdır. Burada fəaliyyət  göstərən qurumlardan tələbim və xahişim ondan ibarətdir ki, yerli insanları bu işlərə daha çox cəlb etsinlər, Qusarda və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunsunlar. Hazırda turizm kompleksində yaxın rayonlardan yüzlərlə gənc çalışır. Bu da qısa zaman kəsiyindən sonra Qusarın respublikanın şimal bölgəsinin mərkəzinə çevriləcəyindən xəbər verir. Onu da qeyd edək ki, "Şahdağ" Qış-Yay Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevrilməkdədir. Bir neçə korpusunun tikintisinin başa çatmasına baxmayaraq, mərkəzə müraciət edənlərin sayı çoxalmaqdadır.  Rayonda turizmin inkişafı sahəsində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Ötən illər ərzində rayona gələn turistlərin sayında müşahidə edilən artım da deyilənləri bir daha təsdiq edir. Rayonun turizm bölgəsi kimi inkişaf perspektivləri nəzərə alınaraq mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki təchizatının möhkəmləndirilməsi, bu sahəyə dair qəbul edilmiş dövlət proqramlarının icrası məqsədilə ötən il ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, əvvəllər  "Müəllimlər evi"nin yerləşdiyi binada əsaslı təmir və yenidənqurma işləri görülərək müasir tələblərə cavab verən rəsm qalereyası istifadəyə verilmiş, rayon incəsənət məktəbinin və tarix-diyarşünaslıq muzeyinin dam örtükləri yenilənmiş, Həsənqala kəndində yeni klub binasının tikintisi davam etdirilmişdir. Buraya gələcək turistlərin sayını nəzərə  alaraq istirahət mərkəzlərinin yenidən qurulmasına başlanılıb. Yüzlərlə, bəlkə minlərlə yeni yeri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir. Ümumiyyətlə, bu gün mövcud potensialdan daha səmərəli istifadə etməklə rayonda  ilk növbədə turizmin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilirbu sahədə yerli sahibkarlara lazımi dəstək verilir.

Son illərdə rayonda sahibkarlığın inkişafını dəstəkləyən bir sıra layihələr həyata keçirilib. Sahibkarların qarşılaşdığı problemlərin öyrənilməsi və aradan qaldırılması, onların maarifləndirilməsi məqsədilə rayon icra hakimiyyəti əlaqədar nazirliklərlə  birgə seminarlar, konfranslarkredit yarmarkaları təşkil etmişdir. 2013-cü ildə rayonda fəaliyyət göstərən 15 sahibkara 203,1 min manat güzəştli kredit verilmişbu layihələrin həyata keçirilməsi nəticəsində yeni daimi yerləri açılmışdır.

Dövlətin investisiya siyasəti regionlarda yeni yerlərinin və müasir infrastrukturun yaradılmasına, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bu baxımdan özəl sektorun,  əsasən kiçikorta sahibkarlığın inkişafına yönələn tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Əhalinin işlə təmin edilməsi və axtaran vətəndaşlara kömək məqsədilə Qusar şəhərində də əmək yarmarkaları keçirilir. Təkcə son yarmarkaya rayonun müxtəlif müəssisə və təşkilatlarında vakant olan yüzə yaxın yeri çıxarılmış və 60  nəfər ixtisasına, arzu və istəyinə uyğun işlə təmin olunmuşdur. Söz düşmüşkən qeyd edək ki, ötən il rayonda 782 yeni yeri açılmışdır ki, bunun da 530-u daimidir.

Həyata keçirilmiş tədbirlər və dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstəyin nəticəsidir ki, rayonda sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, özəl sektorda istehsal edilən məhsulun və göstərilən xidmətlərin həcmi və keyfiyyəti artır.

Qusarın ötən ilin sosial-iqtisadi sahədə əldə etdiyi nəticələrə gəldikdə isə bu göstəricilər rayonun yüksək templərlə inkişaf etdiyini göstərir. Belə ki, ötən il rayonda ümumi daxili məhsulun həcmi 11,6,  o cümlədən sənaye və  kənd təsərrüfatı məhsulları istehsalı  4,5 faiz  artmışdır.

Ötən il Qusarda sahibkarlığın inkişafını dəstəkləyən bir sıra tədbirlər keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə may ayında "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans, rayonda fəaliyyət göstərən sahibkarlara yüz min manatdan  artıq  güzəştli kredit verilmişdir.

Həyata keçirilmiş tədbirlər və dövlətin sahibkarlığın inkişafına göstərdiyi bu dəstəyin nəticəsidir ki, Qusarda sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, özəl sektorda istehsal edilən məhsulun, göstərilən xidmətlərin həcmi və keyfiyyəti artır. Yalnız  ötən il rayonda istehsal olunan sənaye məhsulunun, kənd təsərrüfatında ümumi məhsul istehsalının, əhaliyə göstərilən xidmətlərin, pərakəndə əmtəə dövriyyəsinin və nəhayət, ümumi daxili məhsulun yarıdan çox hissəsi sahibkarlıq subyektlərinin payına düşmüşdür.

Kənd təsərrüfatı aparıcı sahə kimi Qusarın iqtisadiyyatının əsasını təşkil etdiyi üçün RİH tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xüsusi diqqət göstərilir. Qusarda yaranan ənənələrdən biriyeni bağların salınması və bu sahədə sahibkarlara göstərilən dəstəkdir. 2013-cü ildə rayonun kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar tərəfindən 90 hektar yeni meyvə bağları salınmışdır ki, bunun 50 hektar sahəsini alma, qalanı gilas və fındıq bağları təşkil edir. Yaxşıdır ki, dövlət kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində normal qaydada saxlanılması üçün soyuducu anbarların tikintisinə maliyyə dəstəyi verir. Qusarda yaradılan belə anbarlarda saxlanan tonlarla məhsul il ərzində Bakıda və digər iri şəhərlərdə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarılır. Bütün bu tədbirlər isə həm də ölkədə ərzaq təhlükəsizliyinin təminatına, əhalinin ərzağa olan tələbatının ödənilməsinə xidmət edir.

Qusarlılar  şəhərlərdə yaşayan soydaşlarımızı da yaddan çıxarmırlar. Belə ki,  ötən il  respublikanın paytaxtı Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına 12 nəfər sahibkar tərəfindən  yüz tonlarla kənd təsərrüfatı məhsulu çıxarılmışdır.

Qusarda keçən il digər sahələrdə də bir çox layihələr həyata keçirilmişdir. Bunların sırasında  qaz təminatının yaxşılaşdırılması istiqamətində Gedə Zeyxur, Balaqışlaq, Həsənqala, Əvəcuq və Çiləqur kəndlərinə çəkilən xətti göstərmək olar.  Rayonun Köhnə Xudat Qazmalar, Bədirqala, Əvəcuq kəndlərində 43 ədəd qaztəmizləyici şkaf quraşdırılmış, 300-dən artıq fərdi ev xəttə qoşulmuşdur. Eləcə də əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə elektrik xətlərindəki təmir işləri, yararsız dayaqların yeniləri ilə əvəzlənməsi və s. təmiri bu sahədə görülən tədbirlər sırasındadır. Hazırda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf  kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayda 700 poqonmetrlik suqəbuledici qurğuyeni su anbarları tikilərək istifadəyə verilib. Layihə çərçivəsində tikintisinə əvvəlki ildə başlanılmış, uzun illər qəzalı vəziyyətdə  olmaqla rayonun həlli vacib problemlərindən biri hesab olunan 28,6 kilometrlik Qusar-Quba kanalizasiya kollektorunun tikintisi başa çatdırılmışdır.

Respublikamızın əsrarəngiz təbiətə malik olan Qusar rayonu həyata keçirilən abadlıq-quruculuq nəticəsində daha ecazkar olur, buraya təşrif buyuranların xatirəsinə süzülür. Şəhərin girəcəyində Qusarçay üzərindəki əzəmətli körpü, abad və işıqlı küçələr, müasir tələblərə uyğun təmir edilən yaşayış binaları və fərdi evlər, əkilən ağacları ilə insanı heyran edən parklar Şahdağın ətəyində  gözəllik mücəssəməsi  olan Qusarı daha da cazibədar edir.

Ümumiyyətlə, ötən il rayonun tarixində nəhəng tikinti, quruculuq və abadlıq işləri ilə yadda qalmış, əhalini narahat edən bir çox problemlər həllini tapmışdır. Bununla belə, hələ də həlli vacib olan problemlər var. Odur ki, RİH 2014-cü il üçün rayonun inkişaf planını hazırlamışdır. Cari ildə yolların, körpülərin, təhsil və  səhiyyə obyektlərinin tikintisi, təmiri, elektrik enerjisi, içməli su, qaz xətlərinin çəkilməsi və digər problemlərin aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulmuşdur. Bütün bunlar Qusarda dinamik inkişaf dövrünün yaşandığının real ifadəsidir. Digər tərəfdən, Azərbaycanın dinamik, ardıcıl və sürətli inkişafı il ərzində və gələcəkdə onun gözəl guşələrindən olan Qusarda da qazanılacaq uğurların möhkəm təməlini qoyub. Görülən işlər Azərbaycana kifayət qədər parlaq gələcək, daha sürətli inkişaf tempiyeni möhtəşəm uğurlar vəd edir. Sözsüz ki, burada həyata keçirilməsi planlaşdırılan tədbirlər əhalinin həyat şəraitinin yaxşılaşmasında  mühüm rol oynayacaqdır. Azərbaycanın gündən-günə iqtisadi cəhətdən daha da qüdrətli dövlətə çevrilməsi fonunda ölkəmizin şimal rayonu olan Qusar da sürətli inkişaf yolunda inamla irəliləməkdə davam edəcək.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 6 mart.- S.4.