Monteneqro-Azərbaycan Hökumətlərarası

 Komissiyanın iclası və biznes forum keçirilmişdir

 

Podqoritsada Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir. Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, Monteneqro tərəfindən isə iqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya hər iki ölkənin müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qarşılıqlı hörmət və inam üzərində qurulmuş Azərbaycan-Monteneqro əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların böyük rol oynadığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 2013-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ölkələrimiz arasında əməkdaşlığa verilən yüksək önəmin göstəricisidir.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, müqavilə-hüquqi bazanın genişləndirilməsi sahəsində bir sıra işlər görülmüş, iqtisadiyyat, investisiyaların təşviqi və qorunması, turizm, mədəniyyət sahəsində əməkdaşlığa dair saziş, habelə Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında dostluq münasibətlərinə və tərəfdaşlığa dair bəyannamə, eləcə də beynəlxalq yükdaşımalara, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər imzalanmışdır. 2013-cü ildə Azərbaycan, Monteneqro, Albaniya, Xorvatiya, Bosniya və Herseqovina arasında Transadriatikİon-Adriatik qaz xətlərinin tikintisinə dair qarşılıqlı anlaşmaya, təşviqə və əməkdaşlığa dair, eləcə də "Cənub qaz dəhlizi" və Cənub-Şərqi Avropa dəhlizi layihəsi üzrə əməkdaşlıq haqqında Azərbaycan, Albaniya, XorvatiyaMonteneqro arasında anlaşma memorandumları imzalanmışdır. Kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar sahəsində saziş layihələri isə razılaşdırma mərhələsindədir. İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması, müqavilə-hüquqi bazanın mövcudluğu və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.

Vurğulanmışdır ki, Azərbaycan və Monteneqro arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar vardır. 2012-2013-cü illərdə Monteneqro Hökuməti tərəfindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi, həyata keçirilmiş çarter reysləri turizm sahəsində əlaqələrin inkişafına müsbət təsir göstərmişdir.

Humanitar sahədə əməkdaşlığa gəlincə, Monteneqroda Mədəni və İqtisadi Əlaqələr Mərkəzi - "AzMont" fəaliyyətə başlamışdır ki, bu mərkəz, eyni zamanda, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəliyi funksiyasını yerinə yetirir. Monteneqroda ümummilli lider Heydər Əliyev haqqında kitab nəşr olunmuş, 2013-cü ildə "Kral Parkı"nda Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin büstü, Podqoritsada "Bakı" küçəsi açılmışdır.

Nazir Şahin Mustafayev Azərbaycan və Monteneqro  əməkdaşlığının bundan sonra da uğurla davam etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin, dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsinin, adamları arasında əlaqələrin inkişaf etdirilməsininbu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Vladimir Kavariç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş, dövlətlərimiz arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin MustafayevMonteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalamışlar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq sahələrində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

İclas çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT sahələrində fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-dək adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev son illər Monteneqro-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etdiyiniiki ölkə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulamışdır. İkitərəfli əlaqələrin inkişafı və sahibkarlar arasında işgüzar təşəbbüslərin təşviqi baxımından biznes forum, təqdimat və sərgilərin vacibliyini qeyd edən Şahin Mustafayev ilk dəfə keçirilən Monteneqro-Azərbaycan biznes forumunun əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, hazırda bir sıra investisiya layihələri nəzərdən keçirilirbu layihələrin uğurlu icrası ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcəkdir.

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariçİqtisadiyyat Palatasının vitse-prezidenti İvan Savelyiç çıxışlarında ölkələrinin iqtisadiyyatı, adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.

Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühiti, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznesinvestisiya imkanları, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmişlər.

Sonra Monteneqro İqtisadiyyat Palatası və İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Biznes forum adamları arasında ikitərəfli görüşlərlə yekunlaşmışdır.

Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç ilə görüşmüşdür. Həmçinin Azərbaycan nümayəndə heyəti ilə  Monteneqronun Baş naziri Milo Cukanoviç, parlamentin sədri Ranko Krivokapiç, iqtisadiyyat naziri Vladimir Kavariç, maliyyə naziri Radoye Juqiç arasında görüş olmuşdur. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Bundan əlavə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Kumbor şəhərində Monteneqronun Baş naziri Milo Cukanoviç ilə birlikdə "Portonovi" turizm layihəsinin icrasına başlanması mərasimində iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti, həmçinin "Kral Parkı"nda görkəmli dramaturq Hüseyn Cavidin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzmüşlər.

 

Azərbaycan.-2014.- 7 mart.- S.2.