Azərbaycanı böyük uğurlara aparan iqtisadi inkişaf strategiyası

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı

 

Azərbaycan iqtisadi sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin ən mühüm səciyyəvi cəhəti milli iqtisadiyyatın dayanıqlı sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin bölgələrin inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir.

Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir. Dövlət başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.  Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilmiş, qısa zaman ərzində ölkə iqtisadiyyatında böyük dönüş yaranmışdır. Başqa sözlə, bu çərçivədə atılan ardıcıl addımlar ölkədə işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 10 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması s. mühüm vəzifələri aid etmək olar.

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı regionların sosial-iqtisadi inkişafında davamlılığın təmin edilməsi məqsədilə fevralın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzaladı. "Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir" - deyən Prezident İlham Əliyev Üçüncü Dövlət Proqramının da uğurla icra olunması üçün bütün iqtisadi potensialın olduğunu bildirib. Fərmanda da qeyd olunur ki, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun sosial xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti beş il  müddətində ölkənin təbii əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması digər zəruri tədbirlər nəzərdə tutulur.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir: "2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə, Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir.

Belə oldu, proqram qəbul edildi. Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdi. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur".

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə iqtisadi inkişaf strategiyası uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında əksini tapması da bu siyasətə alternativin olmadığını sübut edir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 7 mart.- S.6.