Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir

 

 

Martın 11-də Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev ABŞ-ın Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirən Natiq Əliyev Azərbaycanın iştirakçısı olduğu regional layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu bölgədə heç bir iri layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Nazir respublikamızın enerji siyasəti, Avropa dünya bazarının Azərbaycanın hidrokarbonat ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri ölkəmizin bu layihələrdə iştirakı, Şərq Qərbi birləşdirməyə istiqamətlənən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, digər regional beynəlxalq əhəmiyyətli layihələr haqqında danışmışdır.

ABŞ-ın Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsen bildirmişdir ki, 1970-ci ildə təsis edilmiş Beynəlxalq Sülh İnstitutu Nyu-Yorkda yerləşən dünyanın ən nüfuzlu araşdırma mərkəzlərindən biridir. Qurum bir çox beynəlxalq sahələr, o cümlədən silahlı münaqişələr, transmilli təhdidlər, inkişaf, humanitar məsələlərlə məşğul olur. Beynəlxalq Sülh İnstitutunun idarəetmə orqanlarında BMT-nin baş katibi başda olmaqla, dünyanın bir sıra tanınmış siyasətçiləri diplomatları təmsil olunurlar.

Görüş çərçivəsində enerji və təhlükəsizlik, Qafqaz və Xəzər dənizi bölgəsində regional əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

Azərbaycan.-2014.- 12 mart.- S.2.