Gənclər və idman naziri Masallıda cənub

bölgəsində yaşayan vətəndaşları qəbul etmişdir

 

Martın 11-də gənclər və idman naziri Azad Rəhimov Masallı şəhərindəki Gənclər Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşlarını qəbul etmişdir.  Qəbulda bölgənin 40-dan çox vətəndaşı iştirak etmişdir.

Vətəndaşların müraciətlərinin 30-dan çoxu idman sahəsində fəxri adların verilməsi, idman obyektlərinin avadanlıqla təchiz olunması, olimpiya-idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri ilə bağlı olmuşdur. Müraciətlərin 10-dan çoxunda qeyri-hökumət gənclər təşkilatlarının yaradılmasından, layihələrin dəstəklənməsindən, gənclər mərkəzlərinin tikintisi və təmirindən bəhs edilmişdir.

Digər müraciətlər ipoteka kreditlərinin, sahibkarlara güzəştli kreditlərin verilməsi, işlə təminat və şəxsi məsələlərə aid olmuşdur. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

 

AzərTAc

Azərbaycan.-2014.- 12 mart.- S.4.