«Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında» 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə» 2013-cü il mayın 31-də Minsk şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında" 1999-cu il 4 iyun tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə" 2013-cü il mayın 31-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2014-cü il

Azərbaycan.-2014.- 13 mart.- S.1.