İsrailinBirinci radio” kanalı

 Azərbaycana bir saatlıq veriliş həsr etmişdir

 

 

İsrail sakinləri arasında çox populyar olanBirinci radio” kanalıKəskin qoyulmuş məsələverilişinin martın 10-da efirdə səslənmiş bir saatlıq buraxılışı bütünlüklə Azərbaycana həsr edilmişdir.

İsrail-AzərbaycanBeynəlxalq Assosiasiyasından (“Azİz”) AzərTAc-a verilmiş məlumata görə, həmin verilişdə müasir mərhələdə Azərbaycan Respublikasının inkişafı, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Azərbaycanla Ermənistan arasında danışıqların vəziyyəti, Xocalı qırğını, Azərbaycanın xarici siyasət strategiyası, İsrail-Azərbaycan tərəfdaşlığı, Azərbaycan paytaxtının sürətli inkişafı məsələlərindən bəhs edilmişdir.

Xatırladaq ki, İsrailin tanınmış radioaparıcısı Mark Kriçevski iki həftə bundan əvvəlAzİzassosiasiyasının idarə heyətinin üzvü Arye Qutun təşəbbüsü, habelə Xaricdə təhsil alan məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunun (ASAİF) rəhbəri Ramin Hakimovun dəstəyi köməyi ilə Bakıya ezam edilmişdi. Azərbaycan Respublikası haqqında bir saatlıq radio verilişi həmin səfərinin nəticələrinə əsasən hazırlanmışdı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İsrail radiosuna müsahibəsində qeyd etmişdir ki, hazırda bütün dünyada müşahidə olunan qlobal miqyaslı kompleks transformasiya prosesləri siyasi, iqtisadi sosiomədəni sahələri əhatə edir. Elnur Aslanov demişdir: “Bu prosesdə Azərbaycana qlobal siyasi aktor yeri ayrılır. 2011-2012-ci illərdə biz BMT-nin Təhlükəsizlik Şurasının fəal üzvlərindən olmuşuq. Sosiomədəni baxımdan Azərbaycanın iqtisadi inkişafı onun postsənaye təfəkkürlü ölkəyə çevrilməsinə imkan verir. Ölkəmiz coğrafi mənada Avropaya aid olsa da, bizim insanlar öz təfəkkürünə görə Qərb praqmatizmi Şərq mentaliteti ilə fərqlənirlər. Azərbaycan məhz Qərb Şərq sivilizasiyalarının qovuşduğu məkandır”.

E.Aslanovun fikrincə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasını ölkə vətəndaşlarının mənafelərinə cavab verən milli prioritetlər əsasında qurulan siyasət kimi müəyyən etmişdir. E.Aslanov demişdir: “Müəyyən qüvvələr Azərbaycanın dünya birliyinin bütün aktorları ilə bərabərhüquqlu eyni imkanlar yaradan əməkdaşlıq prinsipləri əsasında qurulan xarici siyasətindən narazıdırlar. Halbuki xarici siyasətin bu prinsipləri Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına, siyasi sabitliyə təbii ki, ölkənin modernləşməsinə şərait yaratmışdır. Millətin dövlət sisteminin kompleks şəkildə modernləşməsi, iqtisadi sferada gələcəyə, XXI əsrdə ölkənin rəqabət qabiliyyətinin təmin olunmasına yönəlmiş kreativ sahələrin yaranması ilə müşayiət olunan misilsiz tədbirlər məhz Prezident İlham Əliyevin dövründə gerçəkləşmişdir”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri israilli padioaparıcı Mark Kriçevskinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi perspektivləri barədə sualına cavab olaraq qeyd etmişdir ki, Azərbaycan ədalətin zəfər çalması naminə mümkündürsə edir bundan sonra da edəcəkdir. Elnur Aslanov demişdir: “Əslində əvvəlki Dağlıq Qarabağdan heç qalmayıb. İndi orada yalnız hərbçilər var. Azərbaycan kəndlərinin hamısı yerlə yeksan edilib, heç bir infrastruktur obyekti qalmayıb. Bütün bu illər ərzində aparılan danışıqlar bizim tərəfimizdən ən böyük güzəştdir. Lakin ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin digər yolları heç vaxt istisna edilməmişdir. Bu, bizim suveren hüququmuzdur biz həmin hüququ saxlayırıq. Azərbaycan bu münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Eyni zamanda, münaqişənin hansı yolla tənzimlənməsindən asılı olmayaraq, biz yaxşı başa düşürük ki, bu regionda Ermənistan, Gürcüstan Azərbaycan yanaşı mövcud olacaqlar. Lakin Azərbaycanda heç kəs ölkə ərazisinin Ermənistan tərəfindən işğal edilmiş 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaqdır”.

Mark Kriçevski soruşmuşdur ki, bu gün iqtisadi siyasi baxımdan Ermənistandan qat-qat güclü olan, onu regiondakı bütün infrastruktur layihələrindən təcrid etmiş Azərbaycan Ermənistanla sülh müqabilində təklif etməyə hazırdır? Bu sualı cavablandıran politoloq Rövşən İbrahimov qeyd etmişdir ki, Azərbaycan öz hərbi, siyasi iqtisadi potensialına görə Ermənistandan qat-qat üstündür. R.İbrahimov demişdir: “Beynəlxalq münasibətlər tarixində bu cür qüdrətli dövlətin hələ münaqişənin həllinin alternativ yollarını axtarmaqda davam etməsi halları az olmuşdur. Azərbaycan özünün Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin hərbi yolla qaytarılmasının mümkünlüyünü heç vaxt istisna etməmişdir. Azərbaycanın bu mövqeyini kifayət qədər dəqiq açıq bəyan edir. Lakin Azərbaycan münaqişənin həllinin alternativ yollarını nəzərdən keçirir”.

İsrail radiosunun aparıcısı Bakıya səfəri çərçivəsində Moldova ombudsmanı Aurelia Qriqoriunun Xocalı faciəsi barədə rəyi ilə maraqlanmışdır. A.Qriqoriu qeyd etmişdir ki, ağlasığmaz vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX əsrin ən dəhşətli faciələrindən biridir. Ombudsman A.Qriqoriu demişdir: “Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 adam əlil olmuşdur. Əksəriyyəti qocalar, uşaqlar qadınlar olan 1275 nəfər dinc sakin əsir düşərək, ağlasığmaz işgəncələrə, təhqir alçaldılmaya məruz qalmışdır. 150 nəfərin taleyi hələ məlum deyil. İnsanlığa yaraşmayan bu kütləvi qırğın əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olmuşdur”.

İsrail radiosunun aparıcısı bu qanlı faciənin təqsirkarlarının kim olduğunu soruşmuşdur. Aurelia Qriqoriu əldə olan faktlara əsaslanaraq vurğulamışdır ki, Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən məhv edilməsinin, bu insanların kütləvi şəkildə qətlə yetirilməsinin yeganəsəbəbionların azərbaycanlı olması idi. Moldova ombudsmanı bəyan etmişdir ki, Xocalı qırğınına dair beynəlxalq tribunal yaradılmalıdır. O demişdir: “Bu, Yuqoslaviya hadisələri üzrə yaradılmış beynəlxalq tribunalın oxşarı olmalıdır. Tribunal yaradılması təşəbbüsünü Azərbaycan tərəfi irəli sürməlidir, özü bunu həmin hadisələrin canlı şahidləri hələ sağ olduğu, faktlar göz qabağında olduğu müddətdə etmək lazımdır. Bu cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu qırğına görə lovğalanan Serj Sarkisyan məsuliyyətə cəlb edilməlidir. Cəzanın qaçılmazlığı gələcəkdə bu cür cinayətlərin qarşısını almalıdır”.

Azərbaycan jurnalisti Kənan Quluzadə Mark Kriçevskiyə müsahibəsində İsrail-Azərbaycan əməkdaşlığının inkişafı məsələləri üzərində ətraflı dayanmışdır. K.Quluzadə demişdir: “Azərbaycanda antisemitizm heç vaxt olmayıb və olmayacaq. Azərbaycan çox açıq və tolerant ölkədir. Burada bir sıra millətlərin və xalqların nümayəndələri yaşayır. Azərbaycan və İsrail dost dövlətlərdir, onların iqtisadi əlaqələri genişlənir, ticarət dövriyyəsinin həcmi dörd milyard dollardan artıqdır. Bakıda sutkanın istənilən vaxtında şəhərdə sərbəst gəzmək olar. Burada insanlar özlərini çox rahat hiss edirlər. Bəli, Azərbaycan Avropaya inteqrasiya etməyə, Avropa ölkəsinə çevrilməyə çalışan, informasiya texnologiyalarını, kənd təsərrüfatını, hərbi sənayeni və başqa sahələri inkişaf etdirmək istəyən postsovet ölkəsidir”.

 

Azərbaycan.-2014.- 13 mart.- S.4.