ALLAH, SƏNƏ ŞÜKÜR!

 

 

Heç yetim uşaq yanıqlı-yanıqlı ağlayanda eşitmisinizmi?!

Heç yetim uşağın qəlb dağlayan hıçqırıqlarını eşidərkən özünüz də kövrəlmisinizmi?!

Heç yetim uşağı ovundura bilməyəndə, göz yaşlarını kəsməkdə gücsüz olduğunuzu görərək acizliyinizi hiss etmisinizmi?!

Amma mən bütün bu duyğuları yaşamışam!

Kövrəlmişəm də, ağlamışam da, acizliyimi görüb özümü qınamışam da!

Çünki özümyetim olmuşam!

Çünki müharibə iştirakçısı kimi şəhid ataların yenicə yetim qalıb ağlayan övladları ilə çox rastlaşmışam!

Hətta çox zaman onlara qoşularaq özümzülüm-zülüm ağlamışam.

Çünki zülmə güc gələ bilməyəndə insan zülüm-zülüm ağlayır!

Axı həm də mən qaçqın rayonunda doğulub böyümüşəm və bu güntaleyim oralarla bağlıdır!

Bütün bunları niyə xatırladım, acizlik hissini niyə yenidən yaşadım?!

Əslində, xatırlamadım, xatırlatdı!

Əslində, yaşamadım, yaşatdı!

İnternet vasitəsilə dünyaya yayılan yaralı suriyalı uşağın şəkli onu gördüyüm gündən qəlbimi parça-parça eləyib!

Dediyi sözlər varımdan yox edib: "Hər şeyi Allaha danışacam!"

Bilmirəm, yetim qoyulmuş çarəsiz uşaq haqq dünyasında Allahla görüşərək şikayətini edə bildimi?!

Amma hələ də İraqda vəziyyət düzəlməyib!

Amma hələ də Misirdə, Suriyada sabitlik yaranmayıb!

Amma hələ də "ərəb baharı" ərəb xalqlarına xoşbəxtlik, firavanlıq və əmin-amanlıq gətirməyib!

Heç gətirməyəcək də!

Çünki xoşbəxtliyi insanlara kənardan gətirib hədiyyə etmirlər, bunu özləri qazanmalıdırlar!

Çünki xoşbəxtliyin yolu inqilablardan, çevrilişlərdən, qan və dağıntılardan keçmir!

Xoşbəxtliyin yolu zəhmətdə, quruculuqda, sabitlikdə, əmin-amanlıqdadır!

Lap yaxın keçmişlərdə bizxaosanarxiya dövrünü yaşamışıq!

Lap yaxın keçmişlərdə biz də fövqəladə vəziyyət rejiminin ağrı-acısını duymuşuq!

Lap yaxın keçmişdə komendant saatında evdə oturaraq icazəsiz küçəyə çıxa bilməmişik!

Bütün bunları unutmamalıyıq!

Çünki insan unutduğu faciələri və hadisələri yenidən yaşaya bilir!

20 Yanvar faciəsini necə unutmaq olar?!

20 Yanvaradək biz Sov. İKP- necə böyük ümid inamla baxırdıq, bəşəriyyəti günlərə çıxaracağına inanırdıq!

20 Yanvaradək Qızıl Ordunu "Azadlıq ordusu", "ən humanist ordu" hesab edirdik!

20 Yanvaradək Moskvanın ədalətinə şübhə etmirdik!

20 Yanvarda bütün bu inam məhəbbət sovet tanklarının tırtılları altında qalaraq məhv oldu, şəhid qanına bələnərək torpağa hopdu.

Əvəzində Bakıda bu gün hamının müqəddəs məkan kimi tanıdığı Şəhidlər xiyabanı yarandı.

Sən demə, bu da hamısı deyilmış!

Bizi müstəqillik niyyətindən çəkindirmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdilər, ərazilərimizin işğalına başladılar!

İkinci dəfə biz üzərimizə hücum edən sovet tankları bizə birbaşa atəş açan sovet əsgərləri ilə Xocalıda rastlaşdıq!

rəhm etdilər, aman verdilər!

Şəhidlərin sayı artdıqca Şəhidlər xiyabanı da böyüdü, genişləndi, hətta ikincisi yarandı.

Özümüzü  haqsız çıxararaq adımızı "vəhşi millət" qoydular!

Bir milyondan çox insanı doğma yurd-yuvasından zorla qovaraq taleyin ixtiyarına buraxdılar!

yaxşı ki, Heydər Əliyev vardı!

yaxşı ki, xalqın səsinə hay verərək yenidən geriyə qayıtdı, millətinə dövlətinə sahib çıxdı!

Yoxsa indi Allah bilir hardaydıq, necə yaşayırdıq, kimin qapazı altında qalmışdıq!

əgər Heydər Əliyevin yaratdığı sabitlik bu günədək qorunub saxlanmasaydı, düşünülmüş sürətli davamlı inkişaf, yenidən qurularaq müasir modern dövlətə çevrilən Azərbaycan, indiki gün-güzəranımız, yaşayış dolanışığımız vardı!

Müxtəlif rəngli inqilablar, millətin adına yazılan "baharlar", "maydan" "islahatlar" axırımıza çıxardı.

Çox şükür ki, öz ağlımız öz yolumuzla gedə bilirik!

Amma dünəni unutmaq arxayınlaşmaq olmaz!

HƏLƏ DƏ YAXŞI YADIMIZDADIR:

 Müstəqilliyin ilk illərinin xaos, anarxiya qanunsuzluq burulğanları;

 AXC-Müsavat cütlüyü iqtidarının törətdiyi özbaşınalıqlar;

 4 oktyabr 1994-cü ilin dövlət çevrilişi cəhdi;

 13-18 mart 1995-ci ilin dövlət çevrilişi cəhdi;

  15 oktyabr 2003-cü ilin tarixin təkərini geriyə çevirmək cəhdi!

BUNLAR HEÇ ZAMAN UNUDULMAMALIDIR!

 Allaha çox şükür ki, ölkəmizdəki sabitlik möhkəm etibarlıdır!

 Allaha çox şükür ki, müstəqilliyimiz əbədi dönməzdir!

 Allaha çox şükür ki, Azərbaycan durmadan inkişaf edir, beynəlxalq aləmdə mövqeləri möhkəmlənərək hörmət nüfuzu getdikcə artır!

 Allaha çox şükür ki, dövlətin dəstəyi ilə şəhid ataların övladları böyüyərək çörəyə çatıblar, yeni tipli qəsəbələrindəki təzə mənzillərdə yaşayırlar!

 Allaha çox şükür ki, Azərbaycan xalqı daha yaxşını pisdən, dostu düşməndən ayıra bilir.

Amma hələ bütün təhlükələr sovuşmayıb!

Amma hələ cəbhə bölgəsində şəhid gedən zabitimizin yetim qalan övladları olur!

Amma hələ Azərbaycana tuşlanmış məkrli planları həyata keçirmək istəyənlər inadla çalışırlar!

Bunlara biganə qalmaq olmaz!

Mövqesiz dayanmaq olmaz!

Şərə qarşı soyuqqanlı davranmaq, arxayınçılıq göstərmək olmaz!

Bu dövlət bizimdir!

Bu millət bizimdir!

Bu vətən bizimdir!

Dövləti qorumalı, millətə arxa durmalı, Vətəni sevməliyik!

Bu günümüzə görə Allaha şükür etməyi bacarmalıyıq!

Həm təkcə şükür etməyi yox, olanları qorumağı, saxlamağı, artırmağı da bacarmalıyıq!

İnsan yerdəkilərdən əli üzüləndə üzünü göyə çevirir!

İnsan yerdə dərdini deməyə adam tapmayanda Allahın ətəyindən yapışır!

İnsan haqqa-ədalətə bu dünyada çata bilməyəndə ümidini o dünyada Allahla görüşünə bağlayır!

Üç yaşlı suriyalı ərəb uşağı kimi!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 14 mart.- S.3.