Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

 

 

Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya biznes forumu keçirilir.

AzərTAc xəbər verir ki, İqtisadiyyat Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda ağır yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə ticarət sahələrini təmsil edən şirkətlər iştirak edirlər.

Tədbirdə iqtisadiyyat sənaye naziri Şahin Mustafayev çıxış edərək, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdır.

Biznes forum çərçivəsində AZPROMO ilə Ural Ticarət Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaqdır.

 

Azərbaycan.-2014.- 14 mart.- S.3.