Van şəhərində Azərbaycan, Türkiyə və

 İran xarici işlər nazirlərinin üçtərəfli toplantısı keçirilmişdir

 

Martın 14-də Türkiyənin Van şəhərində Azərbaycanın, Türkiyənin və İranın xarici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Məhəmməd Cavad Zərifin iştirakı ilə üçtərəfli toplantı keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə beynəlxalq və regional məsələlər müzakirə edilmiş, regional əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra xarici işlər nazirlərinin iştirakı ilə birgə mətbuat konfransı keçirilmişdir.

Jurnalistlərin suallarını cavablandıran nazir Elmar Məmmədyarov Azərbaycanın Türkiyə və İran ilə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin bu problemlə bağlı mövqeyi haqqında məlumat vermişdir.

 

Azərbaycan.-2014.- 15 mart.- S.3.