Məktəbəqədər təhsilin inkişafı Abşeronda diqqət mərkəzindədir

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın

 təşəbbüsünə qoşulan rayonda bu ilin

 sonuna kimi 25 yeni uşaq bağçası inşa ediləcək

 

Azərbaycanda əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, o cümlədən hər bir rayonun, şəhər və kəndin inkişaf yoluna  çıxarılmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işləri həyata keçirilib. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Abşeron inkişaf mərkəzinə çevrilib

 Azərbaycanın dinamik inkişafının, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də Abşeron rayonudur. Ötən 10 ildə yüksəliş dövrünü yaşayan Abşeronun bu gün inkişaf mərkəzinə çevrildiyi göz önündədir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlayıb. Eləcə də mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Yeni səhiyyə və təhsil müəssisələri, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, yollar, parklar yenidən qurulub.

Rayonun qısa zaman kəsiyində inkişaf mərkəzinə çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ölkə başçısı rayona xüsusi əhəmiyyət verib, mütəmadi olaraq burada aparılan işlərin gedişatı ilə maraqlanıb, sosial obyektlərin açılış mərasimlərində şəxsən iştirak edib.

Abşeronda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə fərqlənir. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır. Abşeron RİH başçısının müavini İradə Gülməmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin apardığı siyasətin mahiyyətinə uyğun olaraq bu ilrayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması olub.

2013-cü ilin sosial-iqtisadi göstəriciləri də Abşeronun dinamik inkişaf yolunda olduğunu göstərir. Belə ki, ötən il rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 106,7 milyon manatlıq məhsul istehsal edilib. Bu dövrdə məşğul əhalinin sayı artaraq 123738 nəfərə çatıb, hər işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 280 manat təşkil edib. Ötən il rayonda 2834 yeni yeri açılıb.

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqətində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan, eyni zamanda böyük tikinti meydanını xatırladır. 2013-cü ilin yekunlarına  nəzər saldıqda görə bilərik ki, sürətli inkişafquruculuq işləri Abşeron rayonunda da uğurla davam etdirilir. Diqqəti çəkən mühüm cəhətlərdən biri rayonun büsbütün simasının dəyişməsi, abadlıq və quruculuq işlərinin bütün sahələri əhatə etməsi, yeni infrastruktur obyektlərinin istifadəyə verilməsidir. Görülən işlər kosmetik dəyişikliklərdən tamamilə uzaq olub rayonun uzun illərdən bəri həllini gözləyən problemlərinin kompleks həlli məqsədinə hesablanıb.

Diqqəti çəkən mühüm məqamlardan biriAbşeronun dövlət büdcəsindən maliyyələşməməsidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi imkanları artdıqca  gəlirləri də ilbəil çoxalıb və dövlət büdcəsinin dotasiyasından asılılıq getdikcə aradan qalxıb. Bunun nəticəsində Abşeron bir neçə ildir ki, dövlət büdcəsinin yardımından imtina edib. Bu rayonun sosial-iqtisadi inkişafının bariz göstəricisidir.

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətini sosial obyektlərin, o cümlədən yeni təhsil müəssisələrinin inşası və köhnələrin yenidənqurulması təşkil edir. Son illərdə rayonda həm ayrı-ayrı dövlət proqramları, həm Heydər Əliyev Fondunun dəstəyi, həm də daxili imkanlar hesabına onlarla məktəbəqədər və orta təhsil müəssisələri inşa olunub.

2014-cü ildə də Abşeron rayonunda yeni təhsil müəssisələrinin istifadəyə verilməsinin şahidi olacağıq. Belə ki, Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına dəstək verən Abşeron rayonunun bələdiyyələri fondun prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin müavini,  Mehriban Əliyevanın çağırışına qoşularaq bu ilin sonuna kimi 10 yeni uşaq bağçasının inşası barədə təşəbbüs irəli sürüblər.

 

"İnsan kapitalı"nın yaradılması məktəbəqədər təhsildən başlayır

 

Dinamik inkişaf edən Azərbaycanda gələ cək nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evləri şəbəkələrinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır.

Son 10 ildə respublikamızda yüzlərlə uşaq bağçasının inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir. Sirr deyil ki, məktəbəqədər təhsilin ilk pilləsi ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fizikipsixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin "insan kapitalı"na çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Son onillikdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı digər sferaların da yüksəlişinə, infrastrukturun yenilənməsinə səbəb olub. Bu illər ərzində iqtisadiyyatın dinamik inkişafı sosial sahələrə dövlət qayğısının gücləndirilməsi və bu sahələrə yönəldilən diqqət və resursların önəmli artımı ilə müşayiət olunub. Dinamik inkişafartan maliyyə imkanları təhsil sahəsinin, o cümlədən məktəbəqədər təhsilin inkişafına təkan verib. Bu istiqamətdə mühüm addımlardan biri Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Dövlət Proqramı (2007-2010-cu illər)" olub. Proqram çərçivəsində 37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib, 52 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 184 müəssisə müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə təchiz olunub. Eyni zamanda bütün məktəbəqədər təhsil müəssisələri müxtəlif təlim vəsaitləri ilə təmin edilib.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində də indiyədək ölkənin hər yerində yeni uşaq bağçaları inşa olunub, mövcud təhsil ocaqları isə yenidən qurulub. Regionlara səfərləri çərçivəsində onların açılışında iştirak edən Prezident İlham Əliyev ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulmasını, uşaqların intellektual, fizikipsixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsini əsas vəzifələr kimi qarşıya qoyub.

Hazırda Azərbaycanda  111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.  

 

Heydər Əliyev Fondunun töhfələri misilsizdir

 

Bu nəcib missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri uşaq müəssisələrinin və məktəblərin infrastrukturlarını inkişaf etdirməkdir. Həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinə dəstək" kimi layihələr Azərbaycanda təhsil müəssisələrinin yenidən qurulmasına gözəl töhfələr verib.

Konkret olaraq məktəbəqədər təhsilə gəldikdə isə Heydər Əliyev Fondu bir neçə ildir uşaq bağçası problemi ilə məşğul olur. Bu illər ərzində  fond tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Məcburi köçkünlər üçün salınan qəsəbələrdə isə fond tərəfindən 50 uşaq bağçası tikilib.

Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə töhfələrini verməkdə davam edir. Fevral ayının sonuna yaxın Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı bunun təsdiqidir. Bununla əlaqədar keçirilən tədbirdə məktəbəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət də müzakirə edildi. Təqdimat mərasimində çıxış edən fondun prezidenti Mehriban Əliyeva son illər ölkəmizdə iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə ayrılan vəsaitin artdığını bildirdi. Heydər Əliyev Fondunun yeni layihəyə start verdiyini diqqətə çatdıran Mehriban xanım Əliyeva deyib: "Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq".

Tədbirdə səslənən faktlar göstərir ki, ölkədə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var. Çünki tələbatın cəmi 23 faizi ödənilir və bir çox uşaqlar erkən təhsil almaq imkanından kənarda qalır. Mehriban xanım Əliyeva bildirdi k, Heydər Əliyev Fondunun digər təşəbbüsləri, proqramları kimi, bu proqram da uğurlu olacaq və qısa zamanda həm fondun, həm  dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində biz bu istiqamətdə yaxşılığa doğru dəyişiklikləri görəcəyik.

 

15 bələdiyyə - 15 bağça

 

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətlərindən birini təhsil ocaqlarının, o cümlədən yeni məktəbəqədər təhsil müəssisələrinin inşası təşkil edir. 1963-cü ildən 2004-cü ilə qədər rayonda 10 uşaq bağçası tikildiyi halda 2005-2012-ci illərdə 6 uşaq bağçası tikilərək körpə və uşaqların ixtiyarına verilib. Bu bağçalar Aşağı Güzdək, Qobu, Fatmayı, Novxanı və Masazırda inşa olunub. Hazırda rayon üzrə 21 uşaq bağçası mövcuddur ki, onlarda da 2200 nəfər məktəbəqədər yaşlı uşaq tərbiyə alır.

Abşeron rayonunda əhalinin sayı rəsmi statistikaya görə 290 min nəfərdir. Kənardan gəlib məskunlaşanları da nəzərə alsaq, rayonun əhalisinin sayı 300 min nəfərdən artıqdır. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin İnkişafı Proqramının təqdimatından sonra isə Abşeron rayonunda uşaq bağçalarına olan tələbatla bağlı monitorinq aparılıb. Monitorinqin nəticələrinə görə, Abşeron rayonunda təqribən 4320 nəfər məktəbəqədər yaşlı qeydiyyatdadır. Onların təlim tərbiyəsi üçün mövcud normativlərə əsasən təxminən 45 uşaq bağçası fəaliyyət göstərməlidir. Rayonda isə 24 uşaq bağçası mövcuddur.

Martın 12-də Abşeron Rayon İcra Hakimiyyəti yanında şuranın iclası keçirilib. İclasda rayonda məktəbəqədər təhsildə olan mövcud vəziyyət geniş müzakirə olunub. Abşeron RİH-nin başçısı Zakir Fərəcov qeyd edib ki, qarşıdakı dövrdə nəzərdə tutulan quruculuq işlərində rayonun daxili imkanları hesabına bir neçə məktəbəqədər təhsil ocağının tikintisinin həyata keçirilməsi planlaşdırılır.

İclasda iştirak edən rayonun bələdiyyə sədrləri yekdilliklə bu təklifə qoşulublar. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin İnkişafı Proqramını yüksək qiymətləndirən bələdiyyə sədrləri Mehriban xanım Əliyevanın bu çağırışını dəyərləndirərək ilin sonuna kimi daxili imkanları hesablarına yeni uşaq bağçalarının tikilib istifadəyə verilməsi barədə təşəbbüslə çıxış ediblər. Təşəbbüsə Abşeronun 10 bələdiyyəsi - Mehdiabad, Fatmayi, Saray, Ceyranbatan, Hökməli, Xırdalan, Aşağı Güzdək, Masazır, Məmmədli, Qobu, Digah, Güzdək, Pirəküşkül, Novxanı Görədil bələdiyyələri qoşulublar. Abşeron bələdiyyələrinin bu təşəbbüsü rayonun rəhbərliyi ictimaiyyəti tərəfindən böyük rəğbət razılıq hissi ilə qarşılanıb. Artıq "15 bələdiyyə - 15 məktəb" devizi altında bələdiyyələr qarşıya qoyduqları bu vəzifəni reallaşdırmaq üçün əməli fəaliyyətə başlayıblar.

Prezident İlham Əliyevin bu günlərdə təsdiq etdiyi üçüncü regional inkişaf proqramı çərçivəsində Abşeron  rayonunda bir sıra sosial obyektlərin inşası planlaşdırılır. Bunların sırasında rayonun ayrı-ayrı yaşayış məksənlərində 6 yeni uşaq bağçasının da tikilməsi qarşıya qoyulub. Hazırda rayonun Məmmədli, Görədil, Masazır qəsəbələrində Abşeron gənclər şəhərciyində keçən ildən inşasına başlanılmış uşaq bağçalarının tikintisi davam edir yaxın aylarda başa çatdırılacaq.

Beləliklə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşulan rayonun bələdiyyələri bu ilin sonuna kimi 15 yeni uşaq bağçası inşa edəcəklər. Ümumilikdə isə yaxın vaxtlarda rayonda 25 uşaq bağçası tikilərək istifadəyə veriləcək.

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi sosial mühitdə böyümələri üçün zəruri şəraitin yaradılması, onların hərtərəfli şəxsiyyət kimi formalaşması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasət uğurla davam etdirilir. Dövlət proqramları çərçivəsində, Heydər Əliyev Fondunun xətti ilə eləcə daxili imkanlar hesabına inşa olunan yeni uşaq bağçaları bir məqsədə - məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasına, körpə uşaqların fiziki, psixoloji intellektual inkişafı üçün lazımi şəraitin yaradılmasına, onların məktəbə hazırlanması işinin qabaqcıl standartlara uyğun təmin olunmasına xidmət edir. Bu baxımdan Abşeron rayonunda 25 uşaq bağçasının tikilməsi ölkəmizdə həyata keçirilən məktəbəqədər təhsil siyasətinə layiqli töhfə verəcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 18 mart.- S.5.