Milli Təhlükəsizlik Nazirliyi: tarixmüasirlik

 

Milli təhlükəsizlik orqanları -95

 

Milli Təhlükəsizlik Nazirliyi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün öz peşəkarlıq fəaliyyətini, təcrübəsini daha da artırmalı, bilikli, gənc, müasir tələblərə cavab verən kadrlar hazırlamalıdır.

 

Heydər ƏLİYEV

 

Xalqımızın XX əsrin əvvəllərindəki istiqlal düşüncəsi, müstəqilliyini əldə etmək və azad yaşamaq arzuları milli tarixin real gerçəkliyində Şərqdə ilk demokratik cümhuriyyətin yaranması ilə gerçəkləşdi. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxilixarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aktlarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün  xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Müəyyən çətinliklərə baxmayaraq, 1919-cu il mart ayının 28-də Azərbaycan hökumətinin təşəbbüsü ilə Hərbi Nazirliyin nəzdində təhlükəsizlik orqanlarının funksiyalarını həyata keçirən "Kəşfiyyat və əks-kəşfiyyat" bölməsi yaradıldı və fəaliyyətə başladı. Lakin hərbi idarə çərçivəsində fəaliyyət göstərən bu struktur bölmənin öz işini yalnız hərbi bölmələrdə aparması, peşəkar kadrların olduqca azlıq təşkil etməsi, eləcə də Rusiyada və Azərbaycanda bolşevizmin getdikcə güclənməsi, Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə yönəlmiş fəaliyyətlərinin artması "Kəşfiyyat və əks-kəşfiyyat" bölməsinə öz işini layiqincə həyata keçirməyə kifayət qədər imkan vermirdi. Bu xüsusda hərbi nazir S.Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz. Xüsusi bacarığa malik işçilər olmadan bu cür mürəkkəb və incə işi qaydaya salmaq hərbi idarənin hünəri deyil".

Həqiqətən də ölkədə hərbi, ictimai-siyasi vəziyyətin gərgin və xarici müdaxilələrin real olduğu, Denikin ordularının və erməni casuslarının, eləcə də bolşeviklərin Azərbaycanın dövlətçiliyinin əleyhinə işlədiyi bir vaxtda, hər hansı  nazirliyin tərkibindəki kiçik bölməyə deyil, müstəqil təhlükəsizlik orqanına xüsusi ehtiyac duyulurdu. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yanında "Əksinqilab ilə mübarizə təşkilatı"nın yaradılması barədə qərar qəbul etdi.

Əksinqilab ilə mübarizə təşkilatının əsas məqsədi dövlət əleyhinə yönəlmiş aksiyalar keçirən, əhali arasında yalan məlumat və şaiyələr yayan, milli münaqişələr yaratmağa cəhd edən, hakimiyyətlə razılaşdırılmadan siyasi xarakterli mitinqya toplantı keçirən, odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzdirən, bir sözlə, dövlət təhlükəsizliyinə qarşı aparan qrup və şəxsləri aşkarlamaqdan ibarət idi. Əksinqilab ilə mübarizə təşkilatına rəhbərlik etmiş Məmmədbağır və Nağıbəy Şeyxzamanlı qardaşlarının səyləri nəticəsində qısa müddətdə bu qurumun strukturu və fəaliyyət istiqamətləri, kadrların hüquq və vəzifələri müəyyənləşdirildi, qurumun əsasnaməsi qəbul olundu. Əksinqilab ilə mübarizə təşkilatı milli maraqlarımıza zidd olan bir çox təxribat pozuculuq hallarının, xüsusilə də bolşeviklərlə əlbir olub separatçılıq siyasəti yeridən ermənilərin təxribat yönümlü fəaliyyətlərini ifşa edir, qarşısını almağa çalışırdılar.

Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizə öz layiqli töhfəsini vermişdir. Lakin müxtəlif partiyalar (hümmətçilər, sosial demokratlar, müsavatçılar, ittihadçılar və başqaları) arasında siyasi mübarizənin gərginləşməsi, bu qurumda təmsil olunan əməkdaşların öz partiyalarının maraqları mövqeyindən çıxış etməsi, eyni zamanda dövlət əhəmiyyətli informasiyaların ayrı-ayrı siyasi partiyalara ötürülməsi səbəbindən Azərbaycan hökuməti 1920-ci il mart ayının 6-da Əksinqilab ilə Mübarizə Təşkilatını buraxmaq məcburiyyətində qaldı. 1920-ci il 28 aprel işğalı isə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sisteminin daha da təkmilləşdirilməsinə imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının milli maraqlarımızın qorunması istiqamətindəki fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1997-ci il 23 mart tarixli sərəncamı ilə "Kəşfiyyat və əks-kəşfiyyat" bölməsinin yaradıldığı 28 martı Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsmiləşdirdi. İrsvaris əlaqələrinə xüsusi önəm verən ulu öndər təhlükəsizlik orqanlarının tarixini Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamağı təqdirəlayiq hal hesab edərək deyirdi: "Azərbaycan xalqının orta əsrlərdə dövlətləri olmuşdur. Sonra xalqımız dövlətçiliyini itirmiş və əsrin əvvəlində - 1918-ci il mayın 28-də Azərbaycanda yenidən milli dövlət qurulmuş, ilk Azərbaycan Demokratik Respublikası elan olunmuş və yaranmışdır. Ona görə də bugünkü müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgünçox məqsədəuyğun qərardır".

1920-ci ilin aprelində baş tutan bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı və demokratik cümhuriyyət totalitar rejimlə əvəzləndi. Bu işğaldan sonra həyata keçirilən yeni bolşevik siyasəti ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, təhlükəsizlik orqanlarının da işində öz sözünü dedi. İmperiya siyasətini həyata keçirən, eyni zamanda, mərkəzin əli ilə təhlükəsizlik orqanlarında yerləşdirilən, xalqımıza qarşı soyqırımı siyasəti aparan erməni daşnakları və digər qüvvələr sovet hökumətinin dayaqlarını möhkəmləndirmək adı ilə cinayətkar fəaliyyətlərini davam etdirdilər. Vətənimizin minlərlə say-seçmə övladına "xalq düşməni", "vətən xaini" damğası vuraraq görkəmli elm, sənət, mədəniyyət xadimlərini, bir sözlə, milli düşüncə və əxlaqa malik mütəfəkkir şəxsiyyətləri fiziki və mənəvi məhvə məruz qoydular. Bu repressiv aksiyaların qurbanları arasında vaxtı ilə Azərbaycan Fövqəladə Komissiyasına, Dövlət Siyasi İdarəsinə və digər strukturlara rəhbərlik etmiş milli təəssübkeşlikləri ilə seçilən Eyyub Xanbudaqov, Baba Əliyev, Novruz Rizayevb. kimi şəxsiyyətlər də var idi. Ümummilli lider Heydər Əliyev 1920-1940-cı illərdə fəaliyyət göstərən təhlükəsizlik orqanlarının törətdiyi bu dəhşətli faciələri nəzərə alaraq deyirdi: "Şübhəsiz ki, bu bizim orqanların tarixində silinməz qara ləkədir".

Keçən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin - stalinizm kultunun ifşası və bununla əlaqədar repressiv aksiyalarasiyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz təsirini göstərdi. Məhz bu dövrdən başlayaraq respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa, milli kadr potensialı artmağa başladı. Xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyətinə nəzər salsaq görərik ki, öz yüksək intellektual səviyyəsi, siyasi hazırlığı,  peşəkarlığı və vətənpərvərliyi ilə seçilən bu böyük insan təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində misilsiz işlər görmüşdür. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq təhlükəsizlik orqanlarından yad ünsürlərin uzaqlaşdırılmasında, milli kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq və hünər göstərmişdir.

1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq məhz azərbaycanlı Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində mühüm hadisə idi. Məhz o ildən başlayaraq ulu öndərin məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsi geniş vüsət aldı. Dahi siyasətçi 1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə bildirirdi ki, "sovetlər dönəmində bəlkə də digər qurumlarda milliləşməyə bir o qədər ehtiyac yox idi, amma dövlət təhlükəsizlik orqanlarında bu çox vacib məsələ idi". DTK-da fəaliyyət göstərdiyi və ya MK-nın birinci katibi işlədiyi dövrlərdə dissidentlərə, ziyalı düşüncəsinin azadlığına şərait yaratması, milli-mənəvi sərvətlərimizə sahib çıxması, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş təntənəli iclasda ana dilində çıxış etməsi, Azərbaycan dilini dövlət dili kimi 1978-ci il konstitusiyasına salması ulu öndərin milliləşdirmə siyasətinin sistemliliyindən və ardıcıllığından xəbər verir. Bütün bunlar göstərir ki, Heydər Əliyevin milliləşdirmə siyasətinin fəlsəfi mahiyyətində milli şüurun inkişafı, müstəqil dövlətçilik düşüncəsi dayanırdı. Heydər Əliyevin bu orqanlardakı geniş və səmərəli fəaliyyəti bugünkü əməkdaşlarımız üçün örnəkdir və onları vətənimizin təhlükəsizliyi naminə daha əzmlə çalışmağa ruhlandırır.

Məlumdur ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra qısa bir müddətdə müstəqilliyimiz dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən tanındı. Buna baxmayaraq, ölkəmizə qarşı yönəlmiş təzyiqlər, daxilixarici təhdidlər daha da güclənməyə başladı. Bu isə, öz növbəsində, Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu bir qədər də ağırlaşdırdı. Azərbaycandakı gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini yaratdı. Bu vəzifələri layiqincə həyata keçirmək, 70 il formalaşmış sovet təhlükəsizlik sistemindən imtina etmək, oturuşmuş mövcud stereotipləri dağıtmaq, əvəzində isə hər hansı bir dövlətdən idarə asılılığı olmayan, Azərbaycan xalqının maraqlarının təhlükəsizliyi keşiyində dayanmaq iqtidarında olan müstəqil dövlətin milli təhlükəsizlik orqanını yaratmaq olduqca ciddi və həyati bir məsələ idi.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik Nazirliyi ilə əvəz olundu.

Şübhəsiz ki, Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin bazası əsasında yaradılmışdı. Ona görə də ilk növbədə bu qurumun qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti dəyişməli idi. Əgər  respublika Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı ümumilikdə sovet imperiyasının mövcudluğununstrateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, korrupsiyaya, terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotropradioaktiv maddələrin, odlu silahdöyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsinə, mütəşəkkil transmilli cinayətkarlığa, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmişdi. Başqa sözlə desək, MTN-in ən ümdə və təxirəsalınmaz vəzifəsi xalqımızın mənafelərini, milli maraqlarımızı, eləcə də dövlətçiliyimizi müdafiə və mühafizə etmək idi.

Müstəqilliyimizin möhkəmləndirilməsinə mane olan qüvvələr 1990-cı illərin əvvəllərində Azərbaycanın milli təhlükəsizliyinin təminatına əngəl olmağa, ölkədəki siyasi gərginliyi bir qədər də dərinləşdirməyə  başladılar. Nəticədə, nəinki təhlükəsizlik orqanlarının, hətta müstəqilliyimizin taleyi şübhə altına alındı.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev zəngin siyasi dövlətçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti və cəsarəti ilə Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi. Böyük səylər bahasına hüquqi, demokratik dövlət quruculuğuna başlayan ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrdən biri də müstəqil Azərbaycanın mövcud reallıqlarının tələblərinə cavab verə biləcək etibarlı milli təhlükəsizlik sisteminin formalaşdırılması idi.

Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik sisteminin aparıcı istiqamətlərini işləyib hazırlaması, Azərbaycanın təhlükəsizlik siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəalarını açıqlaması tam məsuliyyətlə bunu deməyə əsas verir ki, çağdaş dönəmdə Azərbaycanın təhlükəsizlik strategiyası ulu öndərin adı ilə bağlıdır.

Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə üzərinə mühüm vəzifələr düşən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür.

Milli Təhlükəsizlik Nazirliyi yalnız keçmişin mütərəqqi ənənələrinin və müasir dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmır, həm də sabahın, gələcəyin təminatçısı funksiyasını ləyaqətlə yerinə yetirməyə çalışır.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət nəticəsində ölkəmizin sürətli inkişafını, nüfuzunun artmasını, mötəbər beynəlxalq tədbirlərin və mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrilməsini qısqanclıqla qarşılayan müəyyən pozucu qüvvələrin və düşmən dairələrin ölkəmizdə həyata keçirməyə çalışdığı bütün mümkün terror-təxribat və kəşfiyyat-pozuculuq cəhdlərinin qarşısı vaxtında və qətiyyətlə alınır.

Belə ki, son on il ərzində əməliyyat fəaliyyətinin bütün aparıcı istiqamətlərində milli təhlükəsizlik orqanları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən preventiv tədbirlər sayəsində ölkəmizə və milli maraqlarımıza qarşı yönəlmiş əməllərin vaxtında aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində səmərəli nəticələr əldə olunmuş, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə və terrorçuluğa qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının suverenliyikonstitusiya quruluşu əleyhinə, dövlət təhlükəsizliyinə qarşı yönələn bir sıra terrorçuluq aksiyalarının planlaşdırma mərhələsində qarşısı alınmış, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, kibercinayətkarlıq, qanunsuz odlu silah əldə edilməsi, eləcə də transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində ciddi uğurlar qazanılmışdır.

Son illər ərzində dövlət başçısı cənab İlham Əliyevin milli təhlükəsizlik orqanlarına diqqət və qayğısı sayəsində, general-leytenant cənab Eldar Mahmudovun rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, onun fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktların qəbul olunması, dövlətimizə, dövlətçiliyimizə qarşı yönələn daxilixarici pozucu qüvvələrin yüksək peşəkarlıqla zərərsizləşdirilməsi və digər sahələrdə əldə olunmuş nailiyyətlər deməyə əsas verir ki, hazırda güclü maddi-texniki bazaya, ən müasir texnoloji vasitələrə malik bu qurum öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmuş, ümumiyyətlə, milli təhlükəsizliyimizin, ictimai-siyasidaxili sabitliyin qorunmasına və möhkəmlənməsinə öz layiqli töhfəsini vermişdir.

İnkaredilməz faktdır ki, milli təhlükəsizlik orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz təhlükəsizlik sisteminin ümumi bazasını yaradaraq xüsusi xidmət orqanlarının milli maraqlara əsaslanan fəaliyyət istiqamətlərini və vəzifələrini müəyyənləşdirmişdir. Dahi şəxsiyyət hələ sovetlər dönəmində respublikamızın təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması işinə öz qayğısını əsirgəməmiş, çoxlu sayda azərbaycanlının SSRİ DTK-nın xüsusi məktəblərində təhsil almasını təmin etmişdir.

Qeyd edilməlidir ki, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması da məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, yaxşı bilirdi ki, yenicə müstəqillik qazanmış Azərbaycanın sarsılmaz dövlətə çevrilməsi, müstəqilliyinin əbədiləşdirilməsi və təhlükəsizliyinin etibarlı təmin edilməsi həm də milli təhlükəsizlik orqanlarının kadr potensialından bilavasitə asılıdır. Ona görə də bu orqanlar üçün xalqımıza və dövlətçiliyimizə son dərəcə sədaqətli, vətənpərvər, sağlam milli düşüncəyə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, geniş əməliyyat təfəkkürünə və dünyagörüşünə malik kadrlar yetişdirilməlidir.

Bunu nəzərə alan ulu öndər 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi haqqında sərəncam imzaladı. Onun digər sərəncamı ilə 1999-cu il iyunun 28-də uzun illər respublikamızın xüsusi xidmət orqanlarında işləmiş, bu orqanlara rəhbərlik etmiş, Heydər Əliyevin yaxın silahdaşı olmuş, böyük həyat, əməliyyat və idarəçilik təcrübəsinə malik general-leytenant Ziya Yusif-zadə akademiyaya rəis təyin edildi.

İlk illərdə qarşıya çıxan müəyyən çət

inliklərə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin tövsiyələri, eləcə də Sərhəd Qoşunlarının peşəkar əməkdaşlara və səriştəli zabit kadrlara olan kəskin ehtiyacı nəzərə alınaraq akademiyada 2000-ci ildən kadr hazırlığına başlanıldı. Lakin həmin dövrdə akademiya üçün ayrılmış ərazi və binalarda tədris üçün şərait o qədər də yaxşı deyildi. Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin edildikdən sonra qısa müddət ərzində aparılan əsaslı təmir-tikinti, quruculuq və abadlaşdırma işləri geniş vüsət aldı. Onun bilavasitə rəhbərliyi və nəzarəti altında akademiya kompleksi ən yüksək beynəlxalq standartlar səviyyəsində qurularaq istifadəyə verildi.

Məhz bundan sonrakı dövr akademiyanın həyatında baş vermiş bır sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 dekabr 2005-ci ildə imzaladığı fərmanla milli təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq akademiyaya ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Qeyd edilməlidir ki, akademiyamıza ulu öndərin adının verilməsi şəxsi heyətdə hədsiz sevincqürur hissi ilə qarşılanmışdır.

2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev akademiyanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan həyat və fəaliyyətini əks etdirən "Şöhrət" muzeyini, ulu öndərin möhtəşəm abidəsini açmış, şərəf və şücaət rəmzi olan "Döyüş bayrağı"nı akademiyaya şəxsən təqdim etmişdir. Ölkə başçısının akademiyada etdiyi proqram xarakterli çıxışında verdiyi dəyərli tövsiyələr və qoyduğu mühüm vəzifələr bu gün də şəxsi heyət tərəfindən öz əməli fəaliyyətində rəhbər tutulur.

2013-cü ilin dekabr ayında 15 illik yubileyi təntənəli surətdə qeyd olunmuş akademiyanın maddi-texniki bazasına unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyi, ən müasir tələblərə cavab verən tədris və inzibati korpuslar, kursant yataqxanaları, klublar, mədəni-məişət kompleksi, tibb xidməti, kursantzabit yeməkxanaları, zəruri avadanlıq və müxtəlif idman ləvazimatları ilə təchiz edilmiş idman zalları, İdman-Sağlamlıq Kompleksi, avtomobil qarajı və digər infrastrukturlar daxildir. Taktiki təlimlərinin, atəş hazırlığının və digər hərbi hazırlıq dərslərinin keçirilməsi üçün nəzərdə tutulmuş akademiyanın Təlim mərkəzinin - poliqonunun tikintisi istiqamətində işlər davam etdirilir.  Akademiyanın nəzdində inşa edilən Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaxın zamanlarda istifadəyə verilməsi də nəzərdə tutulur.

Qeyd edilməlidir ki, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında yüksək memarlıq və bədii-estetik səviyyədə inşa edilən və akademiya kompleksində önəmli yer tutan "Şöhrət" muzeyi bu gün məbədə çevrilmişdir. MTN-in və akademiyanın gənc əməkdaşları, kursant və dinləyiciləri mütəmadi olaraq "Şöhrət" muzeyində olur, ulu öndərin şərəfli həyat yolunu öyrənirlər. Eyni zamanda, hər il respublikanın aparıcı universitetlərindən, akademiyalarından, xüsusi təyinatlı ali təhsil müəssisələrindən, müxtəlif dövlət qurumlarından, ictimai təşkilatlardan minlərlə insan, eləcə də xarici ölkələrdən MTN-ə gələn bütün qonaqlar "Şöhrət" muzeyini ziyarət edirlər.

Bu gün akademiyada müxtəlif təyinatlı fakültələr, xüsusiümumi kafedralar fəaliyyət göstərir, milli təhlükəsizlik orqanlarının bütün fəaliyyət istiqamətləri üzrə peşəkar kadrlar hazırlanır.

Milli təhlükəsizlik orqanlarının tələblərinə uyğun kadrların və mütəxəssislərin hazırlanması məqsədilə akademiyada əməliyyat, hüquq, informasiya təhlükəsizliyi fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə geniş yer ayrılır.

Akademiyada əməkdaşların elmi-tədqiqat fəaliyyətinə də daim ciddi önəm verilir. Hal-hazırda bu xüsusi təyinatlı ali təhsil müəssisəsində 4 elmlər doktoru, 15 fəlsəfə doktoru, 3 professor və 9 dosent fəaliyyət göstərir. Akademiyanın professor-müəllim heyətinin milli təhlükəsizlik orqanları üçün aktual olan əsas istiqamətlər üzrə monoqrafiyaları və elmi məqalələrı dərc olunur.

Qeyd olunmalıdır ki, akademiyanın fəaliyyətə başladığı ilk dövrlərdə əməliyyat hazırlığı sahəsində xüsusi fənlər üzrə Azərbaycan dilində dərslik, dərs vəsaiti və tədris materialları, ümumiyyətlə, yox idi. Belə problemlə üzləşən akademiya rəisi general-leytenant Ziya Yusif-zadə ilk günlərdən elmi-pedaqoji kollektivi bu işə səfərbər etdionun bilavasitə rəhbərliyi altında qısa zamanda xüsusi fənlər üzrə bütün zəruri tədris materialları hazırlanaraq kitabxana fonduna daxil edildi. Ötən dövr ərzində, ümumiyyətlə, iki yüzdən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və digər tədris-metodiki materiallar hazırlanaraq nəşr olunmuşdur. Bu işdə milli təhlükəsizlik orqanlarının təcrübəli əməkdaşları da fəal iştirak edirlər. Qeyd edilən yönümdə fəaliyyət hazırda da uğurla davam etdirilir.

Akademiyada şəxsi heyətin, o cümlədən kursant və dinləyicilərin vətənpərvərlik, dövlətçilik, Vətənə, xalqa məhəbbət və Heydər Əliyev ideyalarına sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır. Gənc nəslin tərbiyəsində ulu öndərin şərəfli ömür yolunu, səmərəli və əfsanəvi fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin imkanlarından geniş istifadə olunur.

Hər bir Azərbaycan vətəndaşı, eləcə də akademiyanın kursant və dinləyiciləri üçün örnək və istinad yeri olan dahi şəxsiyyət, xalqımızın və dövlətçiliyimizin xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz irsinin daha dərindən öyrənilməsi məqsədilə Akademiyada hər il müxtəlif tədbirlər, elmi-praktik konfranslar təşkil olunur. Ötən ilin may ayında ulu öndərin anadan olmasının 90-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Akademiyada şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət verilir və müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir, birinciliklər və kütləvi idman yarışları təşkil olunur. Bununla yanaşı, akademiyanın hərbi qulluqçuları nazirlik, respublika və beynəlxalq miqyaslı idman yarışlarında, kubokçempionatlarda iştirak ediruğurlar qazanırlar.

Beynəlxalq əlaqələr sahəsində də akademiyada xeyli işlər görülmüşdür. Belə ki, ötən illər ərzində xarici tərəfdaş xüsusi xidmət və təhlükəsizlik orqanlarının akademiyaları ilə də qarşılıqlı işgüzar əlaqələr yaradılmış, bir çox beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək çinli nümayəndə heyətləri akademiyamızda səfərdə olmuş və "Şöhrət" muzeyini ziyarət etmişlər.

Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına əsasən, Əfqanıstana qeyri-hərbi yardım göstərilməsi üzrə tədbirlər çərçivəsində akademiyamızda Əfqanıstanın bir qrup yüksək rütbəli zabiti üçün "Müasir dövrdə terror təhdidləri və onlara qarşı mübarizə" mövzusunda iki həftəlik tədris kursları təşkil edilmişdir.

Xüsusi təyinatlı ali təhsil müəssisəsi olan akademiyanın rəhbərliyi və professor-müəllim heyəti ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun qarşımızda qoyduqları mühüm vəzifələri dərindən dərk edir, onların layiqincə yerinə yetirilməsi üçün öz bilik və bacarıqlarını əsirgəmirlər. Akademiya rəisi general-leytenant Ziya Yusif-zadənin rəhbərliyi altında yüksək ixtisaslı milli təhlükəsizlik kadrlarının hazırlanması üzrə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası bu gün ölkəmizin ən mötəbər xüsusi təyinatlı ali təhsil müəssisələrindən birinə çevrilmişdir.

Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan iqtisadi cəhətdən qüdrətli, ictimai-siyasi baxımdan dayanıqlı ölkələrdən biridir. Dövlətimiz durmadan möhkəmlənir və qüdrətlənir. Xalqın, harada yaşamasından asılı olmayaraq, bütün vətənpərvər soydaşlarımızın inam və etimadını qazanmış müdrik dövlət başçısı cənab İlham Əliyev ölkəmizin taleyüklü məsələlərində həmişə prinsipiallıq və qətiyyət nümayiş etdirərək Azərbaycanı uğurla işıqlı sabahlara doğru aparır.

 

Şahin SULTANOV,

MTN-in Heydər Əliyev adına Akademiyası

 rəisinin birinci müavini, general-mayor

Azərbaycan.-2014.- 19 mart.- S.3.