Soyqırımı insanlığa qarşı amansız cinayətdir

 

Həmin cinayət işlərinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq pozmalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işlərin hərtərəfli, tamobyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə həm icraatdakı, həm də istintaqı dayandırılmış cinayət işləri tərəfimizdən yenidən hərtərəfli və diqqətlə öyrənilmiş, törədilmiş cinayətlərin miqyası, xarakterispesifik cəhətləri nəzərə alınmaqla vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilmişdir. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapmışdır. Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq işin aşağıdakı 4 istiqamət üzrə  istintaq edilməsi müəyyənləşdirilmişdir.

1. Ermənistanın silahlı birləşmələri, Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri və SSRİ (MDB)-nin 366-cı alayının azərbaycanlılara qarşı törətdikləri soyqırımı;

2. Yenə yuxarıdakı subyektlər tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı işgəncələr verilməsi;

3. Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası və vətəndaşlarına qarşı terrorçuluğun maliyyələşdirilməsi, təşkili və həyata keçirilməsi;

4. Birinci bənddəki subyektlər tərfindən Azərbaycan Respublikası  və vətəndaşlara vurulmuş ziyanın müəyyənləşdirilməsi ;

Qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağişğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilmişdir. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Xüsusi istintaq şöbəsi yaradılmış, qeyd olunan cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilmişdir. Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15000-ə yaxın istintaq hərəkəti aparılmış, o cümlədən 9000-ə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilmiş, 3000-dən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüqüqi varisi qismində tanınmış, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınmış, ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılmasına dair 400-dən artıq qərar qəbul edilmiş, 500-ə yaxın baxış, götürmə, maddi sübut kimi tanıma ilə əlaqədar istintaq hərəkətləri keçirilmiş, müxtəlif təşkilatlara 2000-ə yaxın sorğu göndərilmişdir.

Cinayət işi üzrə hal-hazıradək sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunmuş 248 nəfər, onlardan Xocalı soyqırımı üzrə 39 nəfər, Qaradağlı soyqırımı üzrə 12 nəfər, Bağanıs-Ayrım soyqırımı üzrə 18 nəfər, Meşəli soyqırımı üzrə 9 nəfər, Kərgicahan soyqırımı üzrə 47 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 48 nəfər, yəni, cəmi: 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, məhkəmə qərarına əsasən barələrində həbs-qətiimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilmişdir.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olmuşdur. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Babi Yar, Xatın, Liditse, Sonqmı, Srebrenitsa faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Konkret olaraq Xocalı şəhərində törədilən soyqırımı cinayəti ilə əlaqədar mühüm faktlar müəyyən olunub.

İstintaqla müəyyən edilmişdir ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələrı MDB-nin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişlər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviçmayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak etmişlər. Hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulmuş, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olmuş, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən müxtəlif çaplı odlu silahlardan atəş açmış, tank, PDM və digər texnikanın altında əzməklə qətlə yetirmişlər. İstintaqla müəyyən olunmuşdur ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa cəhd edən qoca, qadın və uşaqları milli mənsubiyyətlərinə görə yollarda, yəni Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetirmişlər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülmüşdür. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilmiş, dözülməz işgəncələr verilmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmışdır. Qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalmışdır. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biribudur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqulardakı qatillər tərəfindən  güllələnmişlər.

Müəyyən olunmuşdur ki, Xocalı şəhərinin 5379 nəfər sakini deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Hazırda Xocalı soyqırımı epizodu üzrə 4000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 2300 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınmış, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunmuş, əşyaların maddi sübut kimi tanınması təmin edilmiş, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılmışdır. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın  Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələrinin və Dağlıq Qarabağın silahlı separatçılarının keçmiş SSRİ-nin Xankəndidə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmiş, 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi qadağan olunmuş tələblər kobud surətdə pozulmuşdur. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.

XX əsrin qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmiş Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz və insanlığa qarşı törətdikləri cinayətlərə görə onların məhkəmə məsuliyyətinə alınacaqları qaçılmazdır.

Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi soyqırımı faktlarına obyektiv qiymət vermək mümkün olmamışdır. Nəinki Azərbaycan xalqı, eləcə də dünya ictimaiyyəti uzun illər bu gerçəkliklərdən məlumatsız qalmış, saxta ideoloji ehkamlaruydurma tarixi hadisələr nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır.

Bundan bir müddət sonra 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun, obyektiv və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh etmiş, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət vermiş və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırmışdır. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanı Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevraloktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir".

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanında ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə çatdırılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə siyasiçağdaş aspektlərinə nəzər salınır. Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açır, xalqımızın qan yaddaşını təzələyir. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların soyqırımı günü elan edilib. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən hadisələri ürək ağrısı ilə yad edirik. Amma ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiyaişğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını hətta bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar.

Bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter almışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Dövlət başçısı xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Bunun nəticəsidir ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır.

Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasihüquqi qiymət verilməsinə nail olmaqdır. Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu gerçəkliyi qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir.

Son illərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır. Bu məsələdə Azərbaycan dövləti ilə yanaşı Heydər Əliyev Fondu da çox mühümtarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi "Xocalıya ədalət!" kampaniyası bu gün Xocalı hadisələri barəsində dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasına xidmət edir. Beynəlxalq təşkilatlar və 50-dən artıq müxtəlif ölkələrin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlərin qəbuluna nail olunması Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, BosniyaHerseqovina, Rumıniya, Çexiyaİordaniya parlamentlərinin Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıdılmasına imkan vermişdir. ABŞ-nın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko,  Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Konnektikut Florida kimi ştatları Xocalı soyqırımını rəsmən tanımış və böyük zəhmət tələb edən bu şərəfli nəticəsində ölkələrin sayı artmışdır.

XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törətmişlər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin yaradılması ilə bağlı Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək bu barədə 2013-cü il iyulun 19-da Baş Prokuror Zakir Qaralov tərəfindən əmr imzalanmışdır. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq sərəncamına əsasən işçi qrupu təşkil edilmişdir. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlaristintaq materialları əsasında Memorial Soyqırımı Muzeyi yaradılmışdır. Muzey XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmişdir.

Yeri gəlmişkən Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin yaradılmasında böyük əməyi olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Azadə Hüseynovaya və Aidə Axundovaya, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları Bəkir Məmmədova və Yusif Allahverdiyevə bir daha minnətdarlığımızı bildiririk.

Cari il fevralın 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin açılışı olmuşdur.

Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşmişdir.

Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunmuşdur. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır.

Muzeyin tarixdeportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, "Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiyasürgün mərhələsi" kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu əks etdirən maketfotolar, habelə digər eksponatlar yerləşdirilmişdir.

Həmin bölmədə 1992-ci il fevralın 26-da Xocalını və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulmuşdur. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapmışdır.

Burada həmçinin aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer almışdır. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilmiş Novruzovlar ailəsinə məxsus fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da vardır. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biritarixi həqiqətləri obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri məlumatlandırmaqdan ibarətdir.

Muzeyə giriş həftənin bütün günlərində sərbəstdir. Bu günə kimi ayrı-ayrı vətəndaşlar, Müdafiə Nazirliyinin C.Naxçıvanski adına və Dövlət Sərhəd Xidmətinin hərbi liseylərinin müdavimləri və başqaları kollektiv şəkildə muzeyi ziyarət etməklə, burada yaradılmış ekspozisiyalarlatarixi faktları özündə əks etdirən sənədlərlə yaxından tanış olmuşlar. 

Ölkəmizə qarşı təcavüz siyasətinin tarixini, deportasiya, repressiya, soyqırımı və terrroru işıqlandıran, xalqımızın başına gətirilmiş dəhşətləri əks etdirən Memorial Soyqırımı muzeyi, Xocalı Abidə Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi yaşanan faciəli tarix, şəhidlərin ruhu, insanlıq və ədalət naminə yaşından asılı olmayaraq hər birimizi mübarizəyə səsləyir.

Əvvəl "Şərq məsələsi", ondan sonra "erməni vilayəti", sonra "erməni məsələsi", daha sonra "Qarabağ problemi" ilə dünya ictimaiyyətini aldadan erməni millətçiləri gec-tez tarix qarşısında cavab verməli olacaqlar, ona görə ki, dünyanın özü tarixi həqiqətlərdən və canlı tarixin özündən ibrət dərsi götürməli, tarixi həqiqətləri bilməli, türk və Azərbaycan xalqlarının başına gətirilən bütün müsibətləri və soyqırımları anlamalı və obyektiv nəticələr çıxarmaq naminə erməni millətçi-şovinistlərini lənətləməlidir.

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini,

 Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı

Azərbaycan.-2014.- 30 mart.- S.3.